
Sony şirkəti Xperia 5 adlı yeni flaqman smartfonunu təqdim etdi
Elm & Texnologiya
05.09.2019
Emil
IFA 2019 sərgisi çərçivəsində Sony şirkəti özünün yeni flaqman smartfonunu təqdim etdi. Bu ilin əvvəlində təqdim edilmiş Xperia 1 modelinin fonunda yeni smartfon heç gözlənilməz adı əldə etdi. Beləliklə şirkətin yeni smartfonu Xperia 5 adlanır. Bu barədə 4pda saytı xəbər verib. Xperia 1-dən fərqli olaraq Xperia 5 modeli daha kompakt ölçüyə sahibddir.

Bununla yanaşı yeni smartfon həm texniki göstəricilərə görə həm də xarici görünüşə görə Xperia 1 modelinin kopyasıdır. Xperia 1-dən fərqləndirici özəlliklər sırasında 6.1 düym OLED ekran var. Bundan əlavə olaraq ekranın keyfiyyəti 4K-dan Full HD+-a endirilib. Ekran həmçinin HDR texnologiyasını dəstəkləyir və Gorilla Glass 6 qoruyucu şüşəsi ilə örtülüb.

Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 12 MP (26 mm, OIS) + 12 MP (56 mm-lik teleobyektiv, OIS) + 12 MP (16 mm) üçlü arxa kamera, 8 MP-lik ön kamera, Power Delivery 3.0 sürətli enerji yığma texnologiyalı 3140 mAh enerji tutumlu batareya, USB Type-C girişi və kənar tərəfdən barmaq izi skanı texnologiyası ilə təchiz olunub.
Xperia 5 IP65 və IP68 standartlaarı üzrə sudan qorunurlar. Smartfon Android 9 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Şirkət smartfonun qiyməti barəsində heç bir məlumat verməsə də bildirib ki, o, oktyabr ayında satışa çıxacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
