
Sony şirkəti Xperia XZ3 flaqman smartfonunu təqdim etdi (VİDEO)
Elm & Texnologiya
30.08.2018
Emil
Sony şirkəti IFA 2018 texnoloji sərgi çərçivəsində keçirtdiyi tədbirdə Xperia XZ3 flaqman smartfonunu təqdim etdi.
Şirkət bu ilin əvvəlində təqdim olunmuş XZ2 smartfonunda istifadə etdiyi
ideyaları yeni XZ3-də də tətbiq edib. Belə ki, XZ3 flaqman özəlliklər, yenilənmiş
dizayn və smartfonu digər rəqiblərdən ayıran bəzi funksiyalara sahibdir. Beləliklə
Sony öz yolu ilə gedərək yeni flaqman modelinin ekranında çıxıntı hissə yerləşdirməyib.
Xperia XZ2-dən fərqli olaraq Xperia XZ3 modeli 6 inç ekranla təchiz olunub. XZ2 isə 5.6 inç ekranla təchiz olunurdu. Yeni smartfonun kənar ucları isə dairəvi
formada reallaşdırılıb.
Bundan əlavə olaraq XZ3 şirkətin OLED matrisa ilə Quad
HD+ keyfiyyətinə sahib ilk smartfon modelidir. Buna görə də XZ3-də həmçinin Always on Display funksiyası
reallaşdırılıb. Smartfonun yuxarı və aşağı hissələrində səsgücləndiricilər yerləşir.
Bu isə öz növbəsində yeni smartfonun səsini XZ2-dən 20% daha güclü edib.
Smartfonun korpusu həmçinin bəzi funksiyaların işə salınması üçün istifadəçinin
əl toxunuşlarına reaksiya verir. Side Sense funksiyasının aktiv edildiyi halda
istifadəçi smartfondan kənar hissələrə toxunuş vasitəsilə istifadə edə bilər.
Smartfon ön və arxa paneldən Gorilla Glass 5 qoruyucu şüşəsi ilə örtülüb.
Əsas
texniki göstəricilərə gəldikdə isə XZ3 8 nüvəli Snapdragon 845 prosessoru, 4 GB
RAM, 64 GB daxili yaddaş (512 GB-a kimi microSD dəstəkli) və 3330 mAh enerji
tutumlu batareya (sürətli naqilli və naqilsiz şarj texnologiyalı) ilə təchiz
olunub. Kameralara gəldikdə isə smartfon 19 MP-lik arxa kamera və 13 MP-lik ön
kamera ilə təchiz olunub. Arxa kamera Motion Eye sensorundan ibarətdir. Beləliklə
arxa kamera 4K, HDR və saniyədə 960 kadr olmaqla slo-mo videoların çəkilməsini
dəstəkləyir. Xperia XZ3 Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır.
Smartfon Oktyabr ayında 899$
qiymətində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər