Sony və Honda-nın birgə yaratmış olduqları ilk elektromobilin prototipi sərgilənib

Sony və Honda-nın birgə yaratmış olduqları ilk elektromobilin prototipi sərgilənib

Texnologiya
06.01.2023 PAYLAŞIM

    Keçən ilin mart ayında Sony Group Honda Motor tərəfindən birgə yaradılmış Sony Honda Mobility Inc. şirkəti CES 2023 sərgisi çərçivəsində ilk elektromobilinin prototipini sərgiləyib. Rəsmi məlumatda qeyd edilib ki, elektromobil bazara Afeela brendi altında satışa çıxacaq. Sony Honda Mobility Inc. şirkətinin rəhbəri Yasuhide Mizuno-nun sözlərinə əsasən sözügedən brend altında elektromobillərin istehsalı və satışa çıxarılmasında həm Sony-nin həm də Honda-nın təcrübəsindən istifadə ediləcək. Şirkət həmçinin Qualcomm Epic Games ilə də əməkdaşlıq aparır.


    Sözügedən əməkdaşlıqlar çərçivəsində şirkətin elektromobillərində 5G şəbəkəsinin dəstəyi və müxtəlif əyləncə növləri təmin ediləcək. Afeela adlı elektromobil özündə 45 ədəd sensoru birləşdirir. Onların arasında müxtəlif kameralar, radarlar və ultrasəs sensorları mövcuddur. Qualcomm-un rəhbəri Cristiano Amon bildirib ki, elektromobil sisteminin daimi şəkildə yenilənməsini Snapdragon Digital Chassis adlı proqram təminatı sistemi təmin edəcək. Sözügedən sistem avtomobillərin layihələşdirilməsi, avtonom idarəetmə sistemlərinin hazırlanması və s. özəllikləri özündə birləşdirən bir sıra platformadan ibarətdir. Rəsmi məlumata əsasən şirkət ilk elektromobillərini Şimali Amerikada 2026-cı ildə satışa çıxartmağı planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.


Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (V..

Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi.

×