main-post-cover

    Sony Xperia 2 flaqman smartfonunun keyfiyyətli render fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    09.08.2019
    Farid Pardashunas
        Bu ilin aprel ayında OnLeaks ləqəbi ilə tanınan məşhur insayder Xperia 2 flaqman smartfon modelinin dizaynını sərgiləmişdi. İndi isə bu smartfonun keyfiyyətli render fotoları ortaya çıxıb. Sözügedən məlumat sızıntısı adı bilinməyən keys istehsalçısı tərəfindən ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib.

        Beləliklə təqdim olunmuş render fotolarından da görmək olar ki, ön paneldən smartfon bu ilin əvvəlində təqdim olunmuş Xperia 1 modelinə bənzəyəcək. Smartfon nazik çərçivələrə sahib 21:9 nisbətli böyük genişformatlı ekran əldə edəcək. Bəzi məlumatlara əsasən bu, 5K keyfiyyətli 6.1 düym OLED ekran olacaq. Arxa paneldən isə Xperia 2 modeli Xperia 1-dən bir qədər fərqlənir. Belə ki, üç arxa kamera modulu, işıqlandırma sistemi və lazer avtofokusu arxa panelin yuxarı sol hissəsində yerləşdiriləcək.

        Bundan əlavə olaraq barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsində yerləşdiriləcək. Smartfon həmçinin kamera idarəetməsi üçün nəzərdə tutulmuş ayrıca düyməyə, 3.5 mm-lik audiogirişə və aşağı hissədən USB Type-C girişinə sahib olacaq. Xperia 2 flaqman smartfonunun təqdimatı sentyabr ayının əvvəlində keçiriləcək IFA 2019 sərgisində baş tuta bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər