main-post-cover

    Sony, Xperia Home interfeysi üçün texniki dəstəyi sonlandırdı: Yeni interfeys hazırlanır

    Elm & Texnologiya
    17.06.2018
    Nijat Hamid
    Sony şirkətinin mobil departamenti heç də yaxşı nəticələr qazanmır. Telefonların dizaynından istifadə edilən interfeyse qədər hamsında rəqiblərindən geri qalan şirkətin köklü dəyişikliklər edəcəyi gözlənilir. Belə ki, Xperia modellərində istifadə edilən Xperia Home interfeysi rəsmi olaraq sonlandırıldı.
    Sony'də developer olaraq işləyən Erika Prymus'n dediklərinə görə Xperia Home interfeysinin təkminləşdirilməsi dayandırıldı. Əsas səbəb isə şirkətin yeni interfeys üzərində işləməsidir.    
    Digər tərəfindən Xperia Home Beta qrupları da ləğv edildi. Hal-hazırda yeni interfeysin necə olacağı bəlli deyil. Sony'nin yeni modeli XZ2 Premium dizaynı ilə bir çox tənqidə tuş gəlməsindən sonra şirkət bir sıra qərarlar verdi. Əvvəllər dünya üzrə ən çox satılan 5 telefon markası arasında adı olan Sony, artıq ilk 5-likdən çox uzaqdadı. İnanırıq ki, əvvəlki illərdə olduğu kimi Sony yenə öz uğurları ilə ən çox satılan telefon markalarından biri ola bilər.
    Linki kopyala