
Sony Xperia XA (2017) smartfonun videosu sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
TechLover HD adlı YouTube kanalında Sony G3121 smartfonunun prototipi əks olunmuş video təqdim olunub.
Müəllifinin sözlərinə əsasən videodakı smartfon,
keçən il çıxmış Xperia XA-nın yeni modelidir. Qeyd etmək lazımdır ki, yeni
modelin, MWC 2017 sərgisində təqdim olunacağı gözlənilir. Videoda təqdim
olunmuş model məhz prototipdir. Buna sübut olaraq smartfonun arxa panelindəki
yapışdırılmış xüsusi emblemi göstərmək olar. Xperia XA (2017), Android 7.0 əməliyyat
sistemi vasitəsilə çalışacaq. Smartfonun əsas özəlliyi isə onun 23 MP-lik arxa
kamerası olacaq. O, arxa korpusun yuxarı sol hissəsində yerləşəcək. Onun
altında isə işıqlandırma sistemi olacaq. Korpusda barmaq izi skanına rast gəlinməyib.
Söndürüb/yandırma düyməsi isə ənənəvi olaraq dairəvi formadadır. Bir söznən
yeni model, 2013-cü model Xperia Z seriyasına bənzəyir. Ekranın kənar hissələrindəki
çərçivələr çox nazikdirlər. Lakin yuxarı və aşağı hissələrin çərçivələri
haqqında eynisi demək mümkün deyil. Təəssüflər olsun ki, smartfon haqqında digər
məlumatlar hələki yoxdur.
Paylaş
Bənzər xəbərlər