main-post-cover

    Sony Xperia XZ4 flaqman smartfonunun texniki göstəriciləri ortaya çıxdı

    Elm & Texnologiya
    30.01.2019
    Farid Pardashunas
        Yaponiyanın Sumahoinfo adlı saytı Sony Xperia XZ4 flaqman smartfonunun əsas texniki göstəriciləri barəsində məlumatlar verib. Həmin məlumatlara inansaq, Xperia XZ4 smartfonu 21:9 nisbətli və QHD+ keyfiyyətli 6.5 düym OLED ekran, Snapdragon 855 prosessoru, 6 GB RAM və 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq.
        Maraqlısı ondadır ki, məlumatlarda smartfonun 4400 mAh enerji tutumlu batareyaya sahib olacağı qeyd edilib. Lakin daha öncə məşhur insayder Ice Universe smartfonun 3900 mAh enerji tutumlu batareyaya sahib olacağı barəsində məlumat vermişdi. Bunlardan hansının doğru olacağını zamanla biləcəyik. Bunlardan əlavə olaraq Xperia XZ4 modeli həmçinin IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə və üçlü arxa kameraya sahib olacaq. Smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Xperia XZ4-ün təqribi qiyməti isə 900$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər