
Sony yeni brend altında smartfonlar üçün yeni kamera sensorlarını təqdim edib
Elm & Texnologiya
16.06.2023
Emil
Keçən ilin sonunda Sony şirkəti smartrfonlar üçün nəzərdə tutulmuş yeni kamera brendini təqdim etmişdi. Söhbət, Lytia adlı brenddən gedir. İndi isə məlum olub ki, şirkət bu brend çərçivəsində yeni kamera sensorlarını təqdim edib. Şirkət Lytia brendi altında müxtəlif göstəricilərə sahib 50 MP və 53 MP-lik yeni kamera sensorlarını təqdim edib. Təqdim edilmiş kamera sensorları arasında flaqman olan LYT900 adlı 50 MP-lik kamera sensorudur. O, 1/0.98 düym optik formata sahibdir.
1 düym ölçüsündə bu kamera sensoru aşağı enerji sərfiyyatı çərçivəsində yaxşı çəkiliş nəticələri sərgiləyir. Bununla yanaşı Sony 1/1.43 düym optik formatlı LYT800 adlı 50 MP-lik kamera sensorunu, 1/1.56 düym optik formatlı LYT700 adlı 50 MP-lik ön kamera sensorunu, 1/1.953 düym optik formatlı LYT600 adlı 50 MP-lik kamera sensorunu və 1/2.93 düym optik formatlı LYT500 adlı 50 MP-lik kamera sensorunu təqdim edib. Şirkətin sözlərinə əsasən onun bu qədər 50 MP-lik kamera sensorunu təqdim etməsinin əsas səbəbi ondadır ki, müasir smartfonlarda ən geniş şəkildə yayılmış kamera formatı məhz 50 MP-likdir.
Paylaş
Bənzər xəbərlər