main-post-cover

    'Sony' yeni büdcəli Xperia modellərini təqdim etdi

    Elm & Texnologiya
    08.01.2018
    Farid Pardashunas
    Las Veqasda keçirilən CES 2018 tədbirində “Sony” şirkəti öz 3 yeni smartfon modelini təqdim edib.
    Görünür, şirkət öz əsas flaqman modellərini MWC 2018 tədbiri üçün saxlayır. Belə ki, CES 2018-də təqdim olunmuş modellər büdcəli modellərdir. Beləliklə “SonyXperia XA2, Xperia XA2 UltraXperia L2 modellərini təqdim edib. İlk 2 model nazik ekran çərçivələri və təkmilləşdirilmiş foto çəkim özəllikləri ilə, Xperia L2 isə geniş bucaqlı ön kamera və yüksək tutumlu batareya həcmi ilə fərqlənir. Xperia XA2 və XA2 Ultra modelləri xarici və texniki göstəricilər baxımından oxşardırlar.
    XA2 5.2 inç Full HD, XA2 Ultra isə 6 inç Full HD ekranla təchiz olunub. Hər iki smartfon 2.2 GHz tezlikli 8 nüvəli Snapdragon 630 prosessoru və Adreno 508 qrafik sürətləndiricisinə sahibdir. XA2 3 GB-lıq RAM-ı, XA2 Ultra isə 4 GB-lıq RAM-ı özündə birləşdirir. Hər iki smartfon 32 GB-lıq daxili yaddaşa sahib olsa da, XA2 Ultra modeli 64 GB-lıq daxili yaddaş versiyasına da sahibdir. Həmçinin hər iki modeldə microSD dəstəklənməsi də var. Batareyaların həcmlərinə gəldikdə isə XA2 3300 mAh enerji tutumlu batareya, XA2 Ultra isə 3580 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki modelin batareyaları Quick Charge 3.0 sürətli enerji yığma özəlliyini dəstəkləyir. Barmaq izi skanı smartfonların arxa panelində yerləşdirilmişdir.

    Arxa paneldə hər iki smartfon f/2.0 diafraqmalı, hibrid avtofokuslu, 4K və 120 FPS slo-mo video çəkiliş özəllikli 20 MP-lik arxa kameraya sahibdir. Ön kameralara gəldikdə XA2 120 dərəcəli görünüş bucaqlı 8 MP-lik ön kamera, XA2 Ultra isə ikili ön kamera ilə təchiz olunub. Onlardan biri 120 dərəcəli görünüş bucaqlı 8 MP-lik kamera, digəri isə optik stabilizasiya özəlliyinə sahib 16 MP-lik kameradır.
    Xperia L2 modeli plastik korpusdan hazırlanıb, onun barmaq izi skanı isə arxa hissədə yerləşib. Smartfon 5.5 inç HD ekran və ekranın perimetri üzrə qalın çərçivələrə sahibdir. Texniki göstəricilərə gəldikdə isə smartfon 1.5 GHz tezlikli 4 nüvəli MediaTek MT6737T prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (microSD dəstəkli), 13 MP-lik arxa, 8 MP-lik ön kamera və 3300 mAh enerju tutumlu batareya ilə təchiz olunub. Hər 3 smartfon gələn ay satışa çıxacaq. Onların qiymətləri barəsində isə heç bir məlumat verilməyib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər