
Sony, yeni joystiki NACON Revolution\'ı təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid
Razer ilə razılaşıb Raiju adlı PS4 joystikini çıxardıqdan sonra aldığı geri dönüşlərdən böyük nisbətdə məmnun qalan Sony, xüsusilə eSpor oyunçularına aid olan yeni joystik NACON Revolution'ı gözəl bir video ilə təqdim etdi.
Hələlik yalnız Avropalı
oyunçuların faydalana biləcəyi NACON Revolution, Sony-nin izahatına görə
texnoloji olaraq daha inkişaf etmiş bir idarəetmə cihazıdır və həmyaşıdları
arasında da möhkəm bir yerə sahibdir. Dediyimiz kimi, ana mərkəzi eSpor olan bu joystikin əsl məqsədi rəqabətli oyunlarda asanlıq və daha professional bir
tutuş təmin etməkdir.
Sony-nin başqa firmalarla
razılaşaraq bu cür idarəetmə cihazları ilə oyunçuların qarşısına çıxması həqiqətən
təqdir ediləsi və radikal bir addımdır. Önümüzdəki aylarda həm idarəetmə cihazı,
həm də başqa aparatlar baxımından Sony-nin bu cür işlərə davam edəcəyini
düşünürük.
NACON Revolution Pro üçün təqdim olunan video fraqmanı aşağıdan izləyə bilərsiniz.
NACON Revolution Pro üçün təqdim olunan video fraqmanı aşağıdan izləyə bilərsiniz.
Müəllif: Polad Tağıoğlu
Paylaş
Bənzər xəbərlər