Logo
    main-post-cover

    "Sony" yeni modeli, Sony Zeus-u təqdim edəcək

    Qırğız dizayner Steel Drake (Stil Dreyk), cəlbedici telefonlar konseptinə bir yenisini daha əlavə edib. Bu yeni model Sony Zeus-dur. Qırğızıstanın məşhur dizaynerlərindən olan Steel, hazırladığı qeyri-adi modellərlə çoxlu sayda insanın diqqətini öz üzərinə cəlb etməyi bacarıb. Daha əvvəllər iPhone 8 və Galaxy S8 modellərinin, həmçinin avtomobillə bağlı etdiyi çalışmalarda uğur qazanan dizayner bu dəfə yeni model Sony Zeus-un görüntüsünü paylaşıb. Sony-nin yeni modelinin hər iki tərəfi qövslü olaraq dizayn olunub və Drake cihazın ön qisminə bütünlüklə ekranı əhatə edəcək şəkildə forma verib. 134,9×69,5×7,9 mm ölçüyə və cüt arxa kameraya sahib olan telefon çox diqqət çəkici görünür.



    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    "Sony" yeni modeli, Sony Zeus-u təqdim edəcək | Technote