Logo
    main-post-cover

    "Sony"nin Xperia XZ ve Xperia X Compact modelləri təstiqləndi

    "Sony", 1 sentyabrda yeni smartfonları təqdim etməyə hazırlaşır. Yaponiya istehsalı olan Xperia XZXperia X Compact şirkətin rəsmi səhifəsi tərəfindən təstiq olunub. Telefonların təqdimatı 2-7 sentyabr tarixlərində IFA 2016 mərasimində baş tutucaq. "Techteastic" saytına görə,

    Xperia X Compact-ın xüsusiyyətləri

    - 4.6 inç böyüklüyündə ekran;
    - Snapdragon 820 prosessorlu, 2700 mAh həcmli enerji tutumlu batareya;
    - 23MP arxa, 13MP ön kamera;
    - Barmaq izi skanı;
    - USB Type-C bağlantısı yer alacaq

    Xperia XZ-in xüsusiyyətləri

    - 1.5 inç Full HD ekran;
    - 4 nüvəli Snapdragon 820 prosessoru, Adreno 530 GPU;
    - 4GB RAM, 32GB daxili yaddaş, microSD kart dəstəyi;
    - Android 6.0.1 Marshmallow əməliyyat sistemi;
    - 23MP arxa, iki tonlu LED fləş özəlliyi;
    - 13MP ön kamera;
    - Barmaq izi skanı;
    - Bluetooth 4.2,USB Type-C
    "Sony"nin Xperia X seriyasına keçməsinə baxmayaraq, Compact modelləri də bu seriyanın adı altında istehsal ediləcək. İlk görüntüsü paylaşılan Xperia X Compact modelinin texniki xüsusiyyətlərini Xperia X yoxsa Xperia X Performance telefonlarının hansından alacağı məlum deyil. Bu vacib bir nüansdır, çünki Xperia X-də Snapdragon 650, Xperia X Performance-da isə Snapdragon 820 prosessorları istifadə olunur.

    Paylaş
    Bənzər xəbərlər