
Sony`nin yeni Xperia modelinin görüntüləri sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
Bir neçə gün öncə Sony Xperia ailəsinə aid yeni model haqqında internetdə GFXBench performans testi yayımlanmışdı. Bu dəfə isə telefonla bağlı görüntülər sızdırılıb.
GSMarena'nın
paylaşdığı və GFXBench testinə görə kod adının F8331 olduğu Xperia modeli yeni
görüntülərə baxsaq ənənəvi Xperia dizaynlarından fərqli şəkildə dizayn olunub.
Sentyabr ayında
tanıdılması gözlənilən yeni Xperia modelinin ortaya çıxan xüsusiyyətləri isə
belədir:
- 5.1 düym 1920x1080p ekran
- 4 nüvəli 2.1 GHz Snapdragon 820 prosessor və Adreno 530 qrafik prosessor
- 3 GB RAM və 32GB daxili yaddaş
- Android 6.0.1 Marshmallow əməliyyat sistemi
- 21 MP(5504x4128), 4K(3840x2160) video çəkə bilən arxa kamera
- 12 MP(4160x3120), 4K(3840x2160) video çəkə bilən ön kamera
Daha əvvəlki
sızıntılara görə bu cihazın F8331 kod adlı başqa bir versiyası daha olacaq. Bu
versiyanın isə daha yaxşı xüsusiyyətlərə malik olacağı iddia olunur.
Paylaş
Bənzər xəbərlər