main-post-cover

    Sözün əsl mənasında naqilsiz şarj cihazı Pi Charge təqdim olundu (VİDEO)

    Elm & Texnologiya
    19.09.2017
    Farid Pardashunas
    “Pi” şirkəti ilk dəfə 30 sm uzaqlıqdan telefonlar üçün naqilsiz şarj cihazını təqdim etdi.
    Ən məşhur naqilsiz şarj standartı Qi-dir. O, uzun müddətdir ki, Android smartfonlarda mövcuddur və yeni iPhone modelləri üçün tətbiq olunmağa başlayıb. Lakin bu cür şarj formatı, smartfonun, şarj sahəsi ilə yaxından əlaqəsini tələb edir. Beləliklə bu heç də naqilsiz şarj prosesi hesab olunmur. “Pi” şirkəti bu vəziyyəti dəyişməyi düşünür. Pi Charge cihazı da, Qi standartı kimi maqnit induksiyasından istifadə edir. Lakin o, maqnit sahəsini, şüaya çevirən əlavə texnologiyaya da sahibdir.
    Şüaya çevrilən maqnit sahəsi isə smartfonun olduğu yerə ötürülür. Bu isə öz növbəsində 30 sm uzaqlıqda yerləşən smartfonun şarj olunmasına imkan yaradır. Keçirilmiş test mərhələsində Pi Charge vasitəsilə 5 cihaz (4 smartfon və 1 ədəd iPad) şarj olunub. Lakin diqqətnən baxanda görmək olar ki, bütün cihazlar hansısa qalın keyslə örtülmüş vəziyyətdədirlər. Cihazın yaradıcıları şarj prosesinin müddətini açıqlamayıblar. Hər şey, cihazın, Pi Charge-a olan məsafəsindən asılıdır. Bundan əlavə olaraq şirkət qeyd edib ki, Pi Charge, 200$-dan ucuz qiymətə satılacaq. Yeni naqilsiz şarj cihazı, 2018ci ildə satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər