Space Entertainment Enterprise şirkəti kosmosda film studiyası inşa etməyi planlaşdırır

Space Entertainment Enterprise şirkəti kosmosda film studiyası inşa etməyi planlaşdırır

Texnologiya
21.01.2022 PAYLAŞIM

    Space Entertainment Enterprise adlı şirkət kosmosda film studiyası kimi fəaliyyət göstərəcək stansiya inşa etməyi planlaşdırır. Planlaşdırılan kosmik stansiyada film çəkilişlərinin, televiziya üzrə canlı yayımların və idman hadisələri ilə mahnı yayımlarının reallaşdırılması nəzərdə tutulub. Bu məqsədlər üçün nəzərdə tutulmuş kosmik stansiyanın SEE-1 adını əldə edəcəyi güman edilir. Kosmik stansiya aşağı orbitdə və çəkisizlik şəraitində kontent yaratmaq istəyən bütün rəssamlar, prodüsserlər və kreativ insanlar üçün açıq olacaq.

    Kosmik stansiya modulunun hazırlanması prosesinə Axiom Space adlı şirkət cəlb ediləcək. Qeyd etmək lazımdır ki, sözügedən şirkət BKS (Beynəlxalq Kosmik Stansiya) üçün kommersiya məqsədli komponentlərin hazırlanması üzrə bu ay NASA-dan icazə alıb. SEE-1 kosmik stansiyası Axiom Space şirkətinin Axiom Station adlı kommeriya məqsədli şöbəsi ilə əlaqəli olacaq. Sözügedən şöbə həmçinin kommersiya məqsədli digər müəssisələri də özündə birləşdirəcək. Bura həmçinin kosmik turizm sahəsi də daxil olacaq.


    “Axiom Station dünyanın ilk kommersiya məqsədli kosmik stansiyası olacaq. Baza infrastrukturu kimi yaradılacaq bu kosmik stansiya Yer kürəsinin orbitində müxtəlif iqtisadi xidmətləri təklif edəcək. Axiom Station-un kommersiya məqsədli imkanlarına SEE-1 kimi xüsusi əyləncə faktorlarının daxil edilməsi öz növbəsində stansiyanın faydalı imkanlarını genişləndirəcək” - deyə şirkətin CEO-su və prezidenti Michael Suffredini bildirib. Space Entertainment Enterprise şirkətinin həmtəsisçiləri olan Dmitry Lesnevsky Elena Lesnevsky sözügedən innovasiyalı infrastrukturun maliyyələşdirilməsi üçün vəsait toplama prosesinə start verməyi planlaşdırırlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..

×