SpaceX atmosferdəki CO2 qazını raket yanacağına çevirəcək

SpaceX atmosferdəki CO2 qazını raket yanacağına çevirəcək

Texnologiya
14.12.2021 PAYLAŞIM

    Elon Musk-ın verdiyi məlumata əsasən SpaceX şirkəti atmosferdə mövcud olan CO2 qazını raket yanacağına emal etməyi planlaşdırır. Başqa sözlə desək, şirkət raket yanacağını birbaşa havadan əldə edəcək. “SpaceX atmosferdən CO2-nin yığılması və onu raket yanacağına çevrilməsi proqramına start verir. Əgər bu işdə maraqlısınızsa bizə qoşulun” - deyə Musk öz Twitter hesabında qeyd edib. Sözügedən layihəyə qoşulmağın kimə təklif olunduğu barəsində bir məlumat yoxdur. Heç istisna deyil ki, bu, aerokosmik sahədə çalışan bütün strukturlara aiddir.


    Musk-ın fikrincə bu cür texnologiya perspektiv cəhətdən çox faydalıdır. Yaxın gələcəkdə Marsa reallaşdırılacaq uçuşları nəzərə alsaq, texnologiyanın faydası daha da artır. Marsın atmosferi əsasən CO2 qazından ibarətdir. Buna görə də Marsda olacaq astronavtlar raket yanacağının istehsalı üçün daimi resursa sahib olacaqlar. Musk sözügedən proqramın nə zaman işə düşəcəyi barəsində bir məlumat verməyib. Mövcud olan məlumatlara əsasən CO2 qazının raket yanacağına emalı prosesi çərçivəsində havanın CO2-dən təmizlənməsi və həmçinin metanın yaranması reallaşdırılır. Raket yanacağının əsas tərkib hissəsi də məhz metandan ibarətdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Meta şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar ortaya çıxıb

Let’s Go Digital saytı Meta şirkətinin ilk smart saatı ilə bağlı patentini aşkar edib. Aşkar edilmiş..


Bu ilin sonunda smart silahlar satışa çıxacaqlar

Silah istehsalı ilə məşğul olan bir neçə şirkət bu ilin sonunda smart silahları satışa çıxardacaqlar..


Apple qarışıq reallıq cihazının hazırlanma mərhələsində texniki problemlər ilə q..

İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti özünün ilk qarışıq reallıq (AR + V..


Dünyanın su üzərindəki ən böyük günəş elektrostansiyası istifadəyə verilib..

Huaneng Power International (HPI) şirkəti Çinin şərqində yerləşən Şantun adlı vilayətdə günəş elektr..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar veri..

Son zamanlarda internetdə Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində daha çox məlum..


Huawei bu il HiSilicon Kirin prosessorlarının istehsalını bərpa edəcək

2019-cu ilə kimi smartfon bazarında 4 böyük mobil prosessor istehsalçısı mövcud idi.

×