SpaceX bu il reallaşdırılmış uçuş missiyalarının sayı baxımından yeni rekorda imza atıb

SpaceX bu il reallaşdırılmış uçuş missiyalarının sayı baxımından yeni rekorda imza atıb

Texnologiya
05.09.2023 PAYLAŞIM

    4 sentyabr səhər saatlarında SpaceX şirkəti il ərzində reallaşdırılan orbital uçuşlar üzrə yeni rekorda imza atdı. Yeni rekordun əldə olunması üçün şirkətə 8 aydan bir qədər çox vaxt lazım oldu. 2022-ci ildə SpaceX ümumilikdə 61 uğurlu uçuş reallaşdırmışdı. 2023-cü ilin 8 ay və 4 günü ərzində isə şirkət ümumilikdə 62 uğurlu uçuş missiyası reallaşdırıb. Formal olaraq bu ilin ilk uçuşu ilə 62-ci uçuşu arasında 8 ay vaxt keçib.

    4 sentyabr tarixində SpaceX-in Falcon 9 raketi Florida ştatındakı kosmodromdan start götürərək Yer kürəsinin orbitinə 21 ədəd Starlink peykini çatdırıb. Yer kürəsinin orbitində olan Starlink peyklərinin sayı artıq 5000-i keçib. Hal hazırda SpaceX kosmik uçuşlar sahəsində lider şirkətdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ilin əvvəlindən başlayaraq Çin 39, Rusiya isə 12 uğurlu kosmik uçuşu reallaşdıra bilib.




DAHA ÇOX


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..

×