Logo
    main-post-cover

    SpaceX bu il Starship-in hazırlanmasına 2 milyard dollar vəsait xərcləyəcək

        Elon Musk-ın sözlərinə əsasən SpaceX şirkəti bu il ərzində Starship-in hazırlanmasına 2 milyard dollar investisiya yatırmalıdır. Qeyd etmək lazımdır ki, şirkət hal hazırda Starship-in prototipinin ilk orbital uçuşunun reallaşdırılması üçün növbəti cəhd üzərində çalışır. 20 aprel tarixində Starship-in prototipi orbital uçuşun reallaşdırılması prosesi zamanı havada partladı. Musk-ın fikrincə Starship-in ilk orbital uçuşunun ikinci cəhdi 6-8 həftədən sonra reallaşdırıla bilər.
        Bununla belə şirkət bu il ərzində Starship layihəsinin inkişaf etdirilməsinə əlavə maliyyə cəlb etmək məcburiyyətində qalmayacaq. Orbital uçuşun ilk cəhdi çərçivəsində Starship-in Meksika körfəzi üzərində partlamasına baxmayaraq Musk həmin uçuşu gözləntiləri qarşılamış uçuş kimi qiymətləndirir. Hal hazırda şirkət Starship-in müxtəlif növ prototiplərinə sahibdir və onların hər biri müxtəlif hazırlanma prosesindədir. Lakin ABŞ Mülki Aviasiya İdarəsi şirkətə orbital uçuşların keçirilməsi məsələsində müəyyən müddətlik qadağa tətbiq edib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    SpaceX bu il Starship-in hazırlanmasına 2 milyard dollar vəsait xərcləyəcək | Technote