Logo
    main-post-cover

    SpaceX Falcon 9 uçuşlarını dayandırdı

        Technote.az “Space News” platformasına istinadən bildirir ki, SpaceX şirkəti Falcon 9 raketinin yuxarı mərhələsində qeydə alınan texniki problem səbəbindən buraxılışları müvəqqəti dayandırdığını açıqlayıb.
    SpaceX grounds its Falcon 9 rocket after a problem with its upper stage.  Will the Crew-12 astronaut mission be affected? | Space
        Fevralın 2-də Falcon 9 raketi ABŞ-nin Kaliforniya ştatındakı Vandenberg Space Force Base bazasından yerli vaxtla saat 10:47-də havaya qalxıb. Uçuş problemsiz keçib və raketin yuxarı mərhələsi 62 dəqiqə sonra 25 ədəd Starlink peykini aşağı Yer orbitinə uğurla yerləşdirib. Bu proses raketin Merlin mühərriki ilə həyata keçirilən iki yanmadan sonra baş verib. Lakin buraxılışdan təxminən doqquz saat sonra SpaceX açıqlama yayaraq bildirib ki, yuxarı mərhələ orbitdən çıxarılmaq üçün nəzərdə tutulan son mühərrik yanmasına hazırlaşarkən “normadan kənar vəziyyət” ilə üzləşib. Şirkət problemin detalları barədə əlavə məlumat verməyib, amma bu ana qədər, o cümlədən peyklərin orbitə yerləşdirilməsi zamanı bütün sistemlərin normal işlədiyini vurğulayıb.
        SpaceX-in açıqlamasına görə, yaranmış vəziyyətdən sonra mərhələ təhlükəsizlik prosedurlarına uyğun şəkildə “passivasiya” edilib. Bu proses mərhələdə qalan yanacağın boşaldılmasını və batareyalarda saxlanan enerjinin çıxarılmasını nəzərdə tutur ki, gələcəkdə partlama və ya nəzarətsiz parçalanma riski yaranmasın.
        Şirkət bildirib ki, hazırda mühəndis qrupları uçuş məlumatlarını təhlil edir, problemin əsas səbəbi və düzəldici tədbirlər müəyyənləşdirildikdən sonra Falcon 9 uçuşları bərpa olunacaq. Buraxılışların nə qədər müddətə dayandırılacağı isə açıqlanmayıb. SpaceX-in rəsmi cədvəlinə əsasən, növbəti Falcon 9 missiyası fevralın 5-nə planlaşdırılıb.
    Paylaş