Logo
    main-post-cover

    SpaceX Falcon 9-un birinci pilləsinin təkrar istifadəsində yeni rekorda imza atıb

    Elm & Texnologiya
    14.04.2025
    Emil
         SpaceX Falcon 9 daşıyıcı raketinin birinci pilləsinin təkrar istifadəsində yeni rekorda imza atıb - raket 14 aprel tarixində 27-ci dəfə uçuşa göndərilərək orbitə 21 ədəd V2 Mini internet peykini çatdırıb. Bu 27 buraxılışdan 16-sı, Starlink peyk internet xidməti qrupunun genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilib. Raket ABŞ-ın Florida ştatında yerləşən Space Launch Complex 40 (SLC-40) adlı Kosmik Qüvvələr bazasından kosmosa buraxılıb. Uçuşdan cəmi 8 dəqiqə sonra Falcon 9-un birinci pilləsi Atlantik okeanında yerləşən Just Read the Instructions adlı pilotsuz dəniz platformasına uğurla eniş edib.
         Bu, məhz həmin platformaya 115-ci uğurlu eniş, ümumilikdə isə Falcon 9 sürətləndiricisinin 431-ci uğurlu enişi olub. Təxminən buraxılışdan 65 dəqiqə sonra, tam cədvələ uyğun şəkildə, V2 Mini peykləri Yerətrafı aşağı orbitdə yerləşdirilib. Bu, Falcon 9 raketinin bu il ərzində həyata keçirdiyi 43-cü buraxılış olub. Onlardan 29-u hazırda təxminən 7200 aktiv peyklə xidmət göstərən və sayı davamlı olaraq artan Starlink internet xidməti üçün kosmik aparatların orbitə çıxarılmasına yönəlib. Bu, eyni zamanda Falcon 9 raketinin kosmosa həyata keçirdiyi ümumilikdə 460-cı uçuşudur.
    Mənbə: Space.com
    Paylaş
    Bənzər xəbərlər
    2030-cu-ile
    Elm & Texnologiya

    2030-cu ilə qədər data mərkəzləri 2 dəfə daha çox enerji sərf edəcəklər

    Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə, 2030-cu ilə qədər məlumat emalı mərkəzlərinin elektrik enerjisi istehlakı 2 dəfədən çox artaraq 945 teravat-saat təşkil edəcək ki, bu da Yaponiyanın illik enerji istehlakına bərabərdir.
    insanabenzer-robotlar-arasinda-boks-doyusu-anons-edilib-video
    Elm & Texnologiya

    İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)

    Robototexnika sahəsində fəaliyyət göstərən Unitree Robotics şirkəti sosial şəbəkə X-də “Unitree Fist King: Awakening” adlı tədbirini elan edib. Söhbət təxminən 1 ay sonra baş tutacaq boks döyüşündən gedir, burada rinqdə iki insanabənzər robot qarşı-qarşıya gələcək.
    pentaqon-pua-lara-qarsi-yeni-energetik-silahi-test-edib-video
    Elm & Texnologiya

    Pentaqon PUA-lara qarşı yeni energetik silahı test edib (VİDEO)

    ABŞ-ın dronlara qarşı mübarizəyə həsr olunmuş Epirus şirkəti yeni yüksək enerjili mikrodalğalı silah sistemini təqdim edib. Leonidas H2O adlı bu sistem bir enerji impulsu ilə eyni anda qayıq motorlarını, pilotsuz suüstü gəmiləri və pilotsuz uçuş aparatlarını sıradan çıxara bilir.
    qarsiliqli-elaqe-imkanina-sahib-ilk-holoqramlar-yaradilib-video
    Elm & Texnologiya

    Qarşılıqlı əlaqə imkanına sahib ilk holoqramlar yaradılıb (VİDEO)

    Elmi-fantastik filmlərdəki holoqramlar ona görə cəlbedicidir ki, onları hər hansı bir qurğu olmadan bütün tərəflərdən izləmək ilə yanaşı, eyni zamanda əllə toxunaraq idarə etmək də olur. İndiyədək real üçölçülü ekranlar bu funksiyanı təqdim edə bilmirdi.
    simali-koreyada-komputerlersiz-komputer-klubu-acilib
    Elm & Texnologiya

    Şimali Koreyada kompüterlərsiz kompüter klubu açılıb

    Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya paytaxtında ölkə tarixində ilk kompüter klubu açılışa hazırlaşır. Bu müəssisəni artıq dövlət başçısı da ziyarət edib.