main-post-cover

    SpaceX gələn il üçün 144 kosmik uçuş missiyası reallaşdırmağı hədəfləyib

    Elm & Texnologiya
    20.10.2023
    Farid Pardashunas
         SpaceX şirkəti 2024-cü ildə kosmosa çoxlu sayda raket göndərməyi planlaşdırır. Şirkətin keçən il reallaşdırmış kosmik uçuşların sayı ilə müqayisədə gələn il reallaşdırlacaq kosmik uçuşların sayında 136% artım olacaq. 2022-ci ildə SpaceX ümumilikdə 61 kosmik uçuş missiyası reallaşdırmışdı. Cari il hələ bitməsə də, şirkət artıq 74 kosmik uçuş missiyasını reallaşdırıb. Məlumata əsasən SpaceX gələn il kosmosa ümumilikdə 144 ədəd raket göndərməyi planlaşdırır. Yəni hər ay 12 ədəd raket uçuşu. Şirkətin fikrincə bu, reallaşdırılması mümkün olan məqsəddir. Belə ki, şirkət gün ərzində bir neçə uçuş missiyasını reallaşdırmaq potensialına sahibdir. Məsələn bu ilin mart ayında SpaceX kosmosa 2 ədəd Falcon 9 raketi göndərmişdi və onların arasında cəmi 5 saatlıq fasilə var idi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər