
SpaceX-in Falcon 9 raketi 1 il ərzində kosmosa 1500 tondan çox faydalı yük daşıyıb
Elm & Texnologiya
21.06.2025
Emil
İnternetdə maraqlı bir infoqrafika yayılıb. Bu infoqrafika SpaceX-in yalnız bir raket modeli olan Falcon 9-un orbitə faydalı yük çıxarılması baxımından digər bütün şirkətləri - həm özəl, həm də dövlət qurumlarını - nə qədər geridə qoyduğunu göstərir. Cari ilin 17 iyun tarixinə olan məlumata görə, Falcon 9 son 1 il ərzində orbitə 1992 ton faydalı yük çıxarıb. Bu, həmin dövr üçün ümumdünya üzrə çıxarılmış 2356 ton faydalı yükün 85%-ni təşkil edir. 1992 ton - bu, təxminən 4.7 Beynəlxalq Kosmik Stansiyanın (BKS) kütləsinə bərabərdir. Və ya 4 BKS və Çin kosmik stansiyası Tiangong-un birlikdə çəkisi qədər. Görünür ki, digər daşıyıcı raketlər orbitə faydalı yük çıxarılması baxımından ciddi şəkildə geri qalır. Lakin Rusiyanın Soyuz-2 raketi hələ də liderlər arasında yer alır. Ümumi mənzərəyə baxdıqda isə, ABŞ-dan sonra ikinci yerdə müxtəlif sinifli çoxsaylı raketləri ilə Çin qərarlaşır.

Paylaş
Ən çox oxunanlar

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
