Logo
    main-post-cover

    SpaceX-in Falcon 9 raketinin birinci pilləsi 300-cü uğurlu enişini reallaşdırıb

    Elm & Texnologiya
    25.04.2024
    Farid
         SpaceX şirkəti Falcon 9 raketinin birinci pilləsinin 300-cü uğurlu enişini reallaşdıra bilib. Dünən Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzin start meydançasından SpaceX-in Starlink ilə bağlı yeni missiyası start götürdü. Belə ki, Falcon 9 raketi 23 ədəd Starlink peykini Yer kürəsinin orbitinə göndərməli idi. Missiya çərçivəsində təqribi olaraq 8 dəqiqəlik uçuşdan sonra Falcon 9-un birinci pilləsi Atlantik okeanında yerləşmiş xüsusi platformanın üzərinə uğurlu şaquli enişi reallaşdırıb.
         Bu nailiyyət kosmik uçuş xərclərini azaltma və onların intensivliklərini artırma yolunda SpaceX-in inkişaf etdirdiyi texnologiyalarının nə dərəcədə vacib olduqlarını sərgiləyir. Bu texnologiyalar kosmik uçuş missiyalarının effektivliklərini yüksəltmə ilə yanaşı həmçinin şirkətə kosmosun müşahidəsi mövzusunda yeni imkanlar yaradır. SpaceX-in səyləri sayəsində eyni raket vasitəsilə daimi uçuşların reallaşdırılması praktikası artıq mütəmadi hal alır. Çox güman ki, SpaceX-in növbəti məqsədi Falcon 9-un birinci pilləsinin 400-cü uğurlu enişini reallaşdırmaq olacaq. SpaceX-in kosmik uçuş missiyalarının hansı intensivliklərlə baş verdiklərini nəzərə alsaq, şirkət 400-cü uğurlu eniş nailiyyətini gözlənildiyindən daha tez əldə edə bilər.
    Paylaş