main-post-cover

    SpaceX'in Falcon Heavy raketinin ilk kommersiya məqsədli uçuşu uğurla keçdi (VİDEO)

    Elm & Texnologiya
    12.04.2019
    Farid Pardashunas
        SpaceX şirkətinin Falcon Heavy adlı ağır raketinin ilk kommersiya məqsədli uçuşu uğurla nəticələndi. Şirkət həmin raket vasitəsilə Səudiyyə Ərəbistanın Arabsat 6A adlı əlaqə peykini uğurla yer kürəsinin orbitinə çatdırıb. Bu barədə Hightech.plus saytı xəbər verib. Bu missiyanın ikinci hissəsi də uğurla nəticələnib. Belə ki, Elon Musk-ın şirkəti ilk dəfə olaraq raketin birinci pilləsinin hər 3 sürətləndirici blokunu uğurla Yer kürəsinin səthinə endirib. Qeyd etmək lazımdır ki, keçən ilin fevral ayında Falcon Heavy raketinin ilk test uçuşu nəticəsində raketin mərkəzi sürətləndirici blokunu uğurlu şəkildə endirmək mümkün oimamışdı.
        İkinci uçuşu Falcon Heavy raketi Kanaveraldakı kosmodromdan reallaşdırıb. Raketin Yer kürəsinin orbitinə çıxışından 7 dəqiqə sonra raketin iki kənar sürətləndirici bloku uğurlu şəkildə xüsusi platformaya eniş edib. Daha 3 dəqiqə sonra isə raketin ilk pilləsinin mərkəzi sürətləndirici bloku "Of Course I Still Love You" adlı su platformasına eniş edib. Qeyd edək ki, keçən ilki test uçuşunun sonunda mərkəzi sürətləndirici blok su platformasının yaxınlığında suya düşmüşdü. Bunu nəzərə almasaq, keçən ilki test uçuşu ümumilikdə uğurlu alınmışdı. Bu dəfəki tapşırıq bir qədər fərqli olub. Belə ki, şirkət telekommunikasiya peykini Yer kürəsinin aşağı orbitinə çatdırmalı idi.

        Falcon Heavy-nin uğuru SpaceX şirkəti üçün həm taktiki həm də strateji cəhətdən vacibdir. SpaceX raketlərinin müştərilər üçün həlledici üstünlükləri məhz onlardan istifadə qiymətləridir. Hazırlanması çox baha başa gələn ilk pillənin uğurlu şəkildə endirilməsi şirkətin əsas biznes modelidir. Space.com saytının qiymətləndirməsinə əsasən Falcon Heavy raketinin SpaceX şirkətinin müştəriləri üçün istifadə qiyməti 90-150 milyon dollardır. Onun yaxın rəqibi isə United Launch Alliance şirkətinin Delta IV Heavy adlı raketidir. Ondan istifadə qiyməti 350 milyon dollar təşkil edir. Bu uğur Elon Musk-ın şirkətinin biznes planının çalışdığını əyani olaraq sübut etdi. Buna görə də şirkət istənilən müştərinin sifarişini reallaşdırmağa hazırdır. Məsələn ABŞ-ın Hərbi hava qüvvələrini.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər