
SpaceX'in Starhopper adlı kosmik gəmisi test uçuşundan uğurla keçdi (VİDEO)
Elm & Texnologiya
28.08.2019
Emil
Öncədən olmuş uğursuz start testlərinə baxmayaraq SpaceX şirkətinin Starhopper adlı kosmik gəmisi sonunda uğurlu şəkildə ilk uçuş testindən keçdi. Şirkətin CEO-su Elon Musk artıq öz Twitter hesabında kosmik gəminin 150 metr hündürlük uçuş testinin videosunu təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə uğurla keçirilmiş test çərçivəsində Starhopper kosmik gəmisi 150 metr hündürlüyə qalxandan sonra köməkçi mühərriklər vasitəsilə eniş platformasına enib.
Gözləntilərə əsasən final testində kosmik gəmi 5000 metr hündürlüyə qalxacaq. Elon Musk keçirilmiş uğurlu test münasibətilə şirkət komandasını təbrik edib. Gələcəkdə isə bir ədəd Raptor mühərrikinə sahib Starhopper kosmik gəmisi keçmişdə qalacaq. Belə ki, şirkət testlər üçün 3 Raptor mühərrikinə sahib kosmik gəmilərdən istifadə etməyi planlaşdırır. Marsa uçacaq raketin kosmik gəmisi isə əlavə olaraq bir neçə mühərrikə sahib olacaq.
Paylaş
Bənzər xəbərlər