main-post-cover

    SpaceX-in Starship kosmik gəmisinin sayca 9-cu prototipi test zamanı partlayıb (VİDEO)

    Elm & Texnologiya
    03.02.2021
    Emil Nəcəfov
        Crew Dragon sərnişin kapsulunun testlərini yekunlaşdırdıqdan sonra SpaceX öz diqqətini Starship kosmik gəmisinin testinə yönəltdi. Elon Musk məhz bu kosmik gəmi vasitəsilə insanları Aya və Marsa göndərməyi planlaşdırır. Nəticədə dünən SpaceX şirkəti Starship-in sayca 9-cu prototipinin testini keçirtməyə çalışdı. Lakin nəsə yolunda getmədi. Belə ki, dünən SpaceX sözügedən prototipin uçuş startını reallaşdırandan sonra kosmik gəmi planlaşdırılan 10 km yüksəkliyə qalxa bildi.
        Daha sonra Starship SN9 adlı prototip şaquli vəziyyətə keçib eniş prosesini reallaşdırmalı idi. Lakin nəticədə kosmik aparat havada öz tarazlığını düzgün saxlaya bilmədi və yerə dəyərək partladı. SN9 modelinin uğursuz testi dekabr ayındakı uğursuz testə bənzəsə də SpaceX test uçuşunu “bir addım irəli” adlandırır. “Bu əla uçuş idi. Lakin eniş prosesi üzərində bir qədər də çalışmaq lazımdır” - deyə SpaceX təmsilçisi qeyd edib. Starship-in sayca 10-cu prototipinin test uçuşunun keçirilmə tarixi daha sonra elan ediləcək.
    Linki kopyala