main-post-cover

    SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaşıb (VİDEO)

    Elm & Texnologiya
    06.05.2021
    Emil Nəcəfov
        Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni prototipi sonunda partlamadan uğurlu eniş edə bilib. Bu, Starship-in ilk test uçuşudur hansında ki, o, eniş prosesi də daxil olmaqla bütün uçuş mərhələlərindən keçə bilib. Starship SN15 adlı prototip Texas ştatındakı uçuş poliqonundan start götürüb və 10 km hündürlüyə qalxıb. 10 km hündürlüyə qalxandan sonra kosmik gəminin hər 3 mühərriki deaktiv edilib ki, o, eniş prosesinə start versin. İdarəolunan təhlükəsiz eniş prosesi üçün nəticədə 2 mühərrik aktiv hala gətirilib. SN15 uğurlu şəkildə eniş edəndən sonra onun aşağı hissəsində yanğın baş verib. Lakin həmin yanğın tez bir zamanda söndürülüb. SpaceX baş vermiş yanğının səbəbini kosmik gəmidə istifadə olunan yanacaq növü ilə əlaqələndirib.
    Linki kopyala