Logo
    main-post-cover

    'SpaceX' şirkəti, 350 milyon dollar investisiya alaraq dünyanın ən böyük MMC şirkətlərindən biri oldu

    Elon Musk-ın kosmik şirkəti “SpaceX”, 21.2 milyard dollar dəyərləndirmə ilə 350 milyon dollar investisiya cəlb etdi.

    Beləliklə “SpaceX”, dünyanın ən çox dəyərləndirilən məhdud məsuliyyətli şirkəti adına laiq görüldü. Maliyyələşdirmə tərəfdən heç bir təfərrüatlar bilinməsə də, sözügedən investisiya raundunun bu ay bitdiyi məlumdur. Məlumata əsasən “SpaceX”in dəyərləndirilməsi, keçən dəfəki investisiya raundundan sonra 2 dəfə (12 milyarddan 21.2 milyard dollara kimi) böyüyüb. 2015-ci ilin Yanvar ayında keçirilmiş həmin investisiya raundu zamanı “SpaceX”ə, “Google” şirkəti və Fidelity adlı fond ümumilikdə 1 milyard dollar investisiya yatırmışdı. CrunchBase məlumatlarına əsasən 2002-ci ildən bəri “SpaceX”, 11 investordan ümumilikdə 1.5 milyard dollar investisiya almışdır. “CB Insights” şirkətinin analitiklərinin fikrincə şirkətin hal-hazırki dəyərləndirmə göstəricisindən sonra o, vençur investisiyalara sahib dünyanın ən böyük 7 şirkəti siyahısındadır. Bu siyahıda birinci yerdə “Uber” (69.8 milyard dollar dəyərləndirmə), ikinci yerdə “Didi” (49.9 milyard dollar dəyərləndirmə), üçüncü yerdə “Xiaomi” (45.5 milyard dollar dəyərləndirmə), dördüncü yerdə “Airbnb” (31 milyard dollar dəyərləndirmə), beşinci yerdə, məlumatlar analizi üçün nəzərdə tutulmuş servislər yaradıcısı Palantir (21.3 milyard dollar dəyərləndirmə), altıncı yerdə isə co-working şəbəkəsi WeWorking (20.8 milyard dollar dəyərləndirmə) qərarlaşır.
    Paylaş
    Bənzər xəbərlər