main-post-cover

    SpaceX şirkəti adı çəkilməyən kosmik aparatın test uçuşları üçün sorğu göndərib

    Elm & Texnologiya
    27.11.2018
    Farid Pardashunas
        ABŞ-ın əlaqələr üzrə federal komissiyasının əldə etdiyi sorğuya əsasən SpaceX şirkəti adı çəkilməyən kosmik aparatın test uçuşunu reallaşdırmaq üçün radio tezliklərin təqdim olunmasını xahiş edib. Sənədlərdəki məlumatlara əsasən kosmik aparatın test uçuşu Texas ştatındakı kosmodromda reallaşdırılacaq. Çox güman ki, söhbət məhz Starship kosmik gəmisinin test uçuşlarından gedir. Bir çox mütəxəssislərin verdikləri məlumatlara əsasən SpaceX şirkəti Starship adlı kosmik gəminin və raket sisteminin test uçuşlarına başlamaq üçün lazımi sənədləri qaydasına qoymağa başlayıb.
        Uzun müddət ərzində sözügedən raket sistemi Big Falcon Rocket adı ilə tanınırdı. Lakin keçən həftə Elon Musk həmin raket sisteminin adını Starship-ə dəyişdirdi. Kosmik gəmiyə sahib bu ağır raket sistemin uzunluğu 118 metr təşkil edir. O, kosmosa 100 ton ağırlığında yük daşıya bilər. Onun daxilində isə 100 nəfərlik yer var. Starship-in əsas məqsədi insanları və yükləri Mars planetinə çatdırmaqdır. Həmçinin Musk bu raket sistemi vasitəsilə insanların Yer kürəsinin bir nöqtəsindən digərinə səyahət etmələrini də söz vermişdi.
        Təqdim olunmuş sənədlərdə qeyd olunur ki, planlaşdırılan test uçuşları müxtəlif yüksəkliklərdə reallaşdırılacaq. 500 metr hündürlüyü keçməyəcək hər bir uçuş təqribi olaraq 100 saniyə çəkəcək. 5 km hündürlükdə olacaq uçuş üçün isə 6 dəqiqə zaman ayrılıb. Sənədlərdə test uçuşlarının nə zaman keçiriləcəyi barəsində məlumat yoxdur. Lakin bir neçə müddət bundan öncə şirkətin daxilində məlumat verilmişdi ki, sözügeden test uçuşları 2019-cu ilin sonuna planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər