main-post-cover

    SpaceX şirkəti Ay ətrafı uçuşa yollanacaq ilk kosmik turist ilə müqavilə bağladı

    Elm & Texnologiya
    14.09.2018
    Emil Nəcəfov
        SpaceX şirkəti öz raketi vasitəsilə Ayın ətrafında uçuş edəcək dünyanın ilk kosmik turisti ilə müqavilə bağladı. Əvvəlki məlumatlarda qeyd olunurdu ki, SpaceX şirkəti Aya ilk turist uçuşlarını 2019-cu ilin ortasından tez reallaşdırmayacaq. Tarix boyu Ayda sadəcə 24 insan olub. 1972-ci ildə isə amerikalı astronavtların missiyasının sona çatmasından sonra Yer kürəsinin peykinə bir dəfə də olsun uçuş reallaşdırılmadı. “SpaceX şirkəti Ayın ətrafında Big Falcon Rocket (BFR) raketi vasitəsilə uçuş reallaşdıracaq ilk kosmik turist ilə müqavilə bağladı. Bu, kosmosa səyahət etməyi arzulayan adi insanlar üçün bunun mümkün olmasında ilk və vacib addımdır” – deyə şirkət bildirib. Şirkət həmçinin qeyd edib ki, 17 Sentyabr tarixində həmin kosmik turistin adını açıqlayacaq və onun nəyə görə kosmosa uçmaq istədiyinin səbəbini söyləyəcək.

    Linki kopyala