
'SpaceX' şirkəti daxilində: İnsanları digər planetlərə göndərməyi özünə məqsəd qoymuş şirkətdə çalışmaq nə deməkdir?
Elm & Texnologiya
07.01.2018
Emil
Artıq ikinci ildir ki, “SpaceX”
işə düzəlmək üçün ən yaxşı şirkətlərdən biri hesab olunur. Bu cür reytinq isə
Glassdoor saytındakı rəylər nəticəsində tərtib olunur. “SpaceX”in HR üzrə
vitse-prezidenti Brian Bjelde işə düzəlmək barəsində bütün incəliklər və
insanların nəyə görə Elon Musk-ın şirkətində çalışmaqdan xoşlarının gəldikləri
barəsində danışıb.
“SpaceX”də sizin CV məlumatlarına
fikir verilməsi üçün nə etmək lazımdır? İlk öncə “SpaceX” öz işinə və məqsədyönlülüklərinə
böyük ehtiras bəsləyən bacarıqlı kadrları axtarır. Şirkət artıq şirkətdə
çalışan insanlardan daha bacarıqlılarını yığmağa çalışır. “SpaceX” kadrının
hansısa işin öhdəsindən gələcəyini yoxlamaq üçün ən yaxşı üsul onun
bacarıqlarının praktiki olaraq yoxlanmasıdır. Əgər şirkət işə qaynaqçını götürmək
istəyirsə, müsahibə zamanı həmin şəxsdən nəyinsə qaynağını etməyi tələb olunacaq. Bu cür proses təkcə mühəndislər üçün deyil, həmdə şirkətin istənilən işçi namizədi
üzərində aparılır.

Müsahibədə hansı suallar verilir?
Bjelde-nin sözlərinə əsasən CV əsasən namizədin öz nailiyyətləri barəsində
savadlı danışıq bacarığını əks etdirir. Namizədin əsl bacarıqlarını öyrənmək
üçün müsahibə zamanı məsələn səhvlər və onları necə düzəltmək, motivasiya və
namizədin çətinlikləri necə aşması barəsində suallar verilir.
Şirkətin korporativ mədəniyyəti
haqqında: “SpaceX”in korporativ mədəniyyətinin mərkəzində şirkətin əsas
missiyası durur. İnsanları digər planetlərə göndərmək. “Biz bu missiya haqqında
uzun illər bundan öncə danışsaydıq, bizləri çox güman ki, dəli adlandırardılar.
Lakin həmin vaxtlarda heç kim inanmırdı ki, biz Yer kürəsinin orbitinə raket
göndərə biləcəyik. Biz bunu bacardıq. İndi isə biz 19 raket göndərmişik və
onlardan 3-ü kosmosda təkrar olublar. Bizi tənqid edənlər bizim pərəstişkarlarımıza
çevrilirlər” – deyə Bjelde bildirib.
Şirkətin hər bir işçisi onun missiyasını
yerinə yetirməyə çalışır. Sizin nə ilə məşğul olduğunuzun fərqi yoxdur. Mühəndis
layihələrinin rəhbərisiniz və ya işçilərə qəhvə verirsiniz. Bütün işçilər “SpaceX”in
əsas məqsədinə ümumi töhfələrini verirlər. Həmin missiya isə şirkətin
korporativ mədəniyyətinin əsas hissəsidir.

“SpaceX” işçiləri hansı bonus və
üstünlükləri əldə edirlər? İşçilər raketlərin start hadisələrində iştirak edə və
öz gözləri ilə bütün prosesi izləyə bilərlər. Bundan əlavə olaraq bu cür hadisələrin
müşahidəçisi olmaq üçün onlar hətta öz ailə üzvlərini də gətirə bilərlər.
Elon Musk ilə çalışmaq necə bir
hissdir? Bjelde, Musk-ı
lider nümunəsi hesab edir. Hər bir işçi heç də Musk ilə birbaşa işləmir, lakin
faktiki olaraq Musk hər bir işçiyə yardım edir. Elon Musk-ın işi şirkətin
seçilmiş məqsədə doğru irəliləməsini və hər bir işçinin hər gün nailliyyətini yüksəltməsini təmin etməkdir. Bjelde onu da qeyd edib ki, Musk o nadir lider
nümunələrindəndir ki, o öz şirkətinə və onun məqsədinə biganə deyil. Buna görə
də heç təəccüblü deyil ki, o, Glassdoor saytında ABŞ-ın ən yaxşı sahibkarları
siyahısında 8-ci yerdə qərarlaşıb.
Mənbə: www.Entrepreneur.com
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
