main-post-cover

    SpaceX şirkəti öz üzən kosmodromunu kurort zonaya çevirməyi planlaşdırır

    Elm & Texnologiya
    18.08.2020
    Emil Nəcəfov
        İyun ayında Elon Musk bildirmişdi ki, SpaceX şirkəti yeni üzən kosmodrom inşa edəcək. Həmin kosmodromun əsasında təkmilləşdirilmiş neft qüllələri olacaq və kosmodromun özü Texas ştatının Boka-Çika kəndinə yaxın ərazidə yerləşəcək. Bu barədə 4pda saytı xəbər verib. Məlum olub ki, SpaceX şirkəti uçuşlar üçün nəzərdə tutulmuş kosmodromu öz əməkdaşları üçün yüksək texnologiyaları özündə birləşdirən kurort zonasına çevirməyi planlaşdırır.
        Hal hazırda üzən kosmodrom barəsində məlumatlar çox azdır. Məlum olan odur ki, üzən kosmodrom quru ərazi ilə Hyperloop sistemi vasitəsilə birləşəcək. Kosmodromun nə zaman inşa olunacağı barəsində də məlumat yoxdur. Lakin şirkət kosmodromu əsl kurort zonaya çevirə biləcək menecerin axtarışına başlayıb.
        “SpaceX şirkəti yekun məqsəd üzrə inqilabi kosmik texnologiyaların hazırlanmasına doğru gedir. Söhbət, insanlara digər planletlərdə yaşamaq imkanının verilməsi məqsədindən gedir. Boka-Çika kəndi yeni nəsil Starship raketi üçün nəzərdə tutulmuş start sahəsidir. SpaceX bu ərazini 21-ci əsrin kosmik limanına çevirməyi planlaşdırır. Biz, SpaceX-in llk kurort zonasına əvvəldən sona kimi nəzarət edə biləcək istedadlı menecer axtarışındayıq” - deyə SpaceX-in saytında qeyd olunub.
    Linki kopyala