SpaceX şirkəti Starlink layihəsini ayrıca şirkətə çevirməyi və onu birjaya çıxartmağı planlaşdırır
Elm & Texnologiya
07.02.2020
Farid Pardashunas
SpaceX şirkəti özünün qlobal peyk interneti layihəsi olan Starlink-i ayrıca şirkətə çevirərək onu birjaya çıxartmağı planlaşdırır. Bu barədə Bloomberg saytı SpaceX-in əməliyyatlar üzrə direktoru olan Gwynne Shotwell-ə istinadən xəbər verib. Bu məsələ ilə bağlı konkret bir müddət təyin olunmayıb. Şirkətin verdiyi məlumata əsasən Starlink-in ayrıca şirkət şəklində birjaya çıxarılmasının müzakirəsi hələ ilkin mərhələdədir.
“Biz hal hazırda özəl şirkətik. Lakin növbəti addımın atılması və layihənin birjaya çıxarılması üçün Starlink düzgün biznesdir” - deyə Shotwell investorlar ilə görüşündə qeyd edib. SpaceX şirkəti Starlink-in mümkün IPO-nun dəqiq müddəti barəsində bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, Starlink layihəsi çərçivəsində SpaceX şirkəti bütün planetin yüksək sürətli internet ilə təmin olunması üçün Yer kürəsinin orbitinə çoxlu sayda peykləri göndərməklə məşğuldur.
2024-cü ilə kimi şirkət Yer kürəsinin orbitində 12.000 peykin yerləşdirilməsini planlaşdırır. Hal hazırda Yer kürəsinin orbitində 240 ədəd Starlink peyki yerləşdirilib. Bu il şirkət Starlink layihəsi çərçivəsində 24 uçuş missiyasının reallaşdırılacağını planlaşdırır. Həmin uçuş missiyalarının hər birində Yer kürəsinin orbitinə 60 ədəd peyk göndəriləcək. Bu ilin sonuna kimi isə şirkət qlobal internet xidmətini işə sala bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ