main-post-cover

    SpaceX şirkəti Starlink layihəsinin əsas uçuş tarixini elan edib

    Elm & Texnologiya
    12.05.2019
    Farid Pardashunas
        15 may tarixində baş tutacaq start uçuşu Starlink layihəsi çərçivəsində bu il hansı sayda missiyaların reallaşacağını təyin edəcək. Ən pis halda həmin missiyaların sayı 3, ən yaxşı halda isə 7 olacaq. Bu cür bəyanatı SpaceX şirkətinin prezidenti Gwynne Shotwell verib. Bu barədə Hightech.plus saytı xəbər verib. Hal hazırda Yer kürəsinin orbitində Starlink peyklərinin 2 ədəd prototipi dövr edir.
        15 may tarixində Yer kürəsinin orbitinə Starlink layihəsinin təcrübi peykləri göndərilməlidir. Bu, Elon Musk-ın qlobal internet paylanması layihəsidir və həmin layihə çərçivəsində gələcəkdə Yer kürəsinin orbitinə minlərlə peykin göndərilməsi planlaşdırılır. Sözügedən peyklər güclü antenlər və elektrik mühərrikləri ilə təchiz olunublar. Lakin məlumata əsasən onlar peyklərarası əlaqə sisteminə sahib olmayacaqlar.
        “Peyklərin növbəti tirajı bizim şəbəkəmizin necə işə salınması və birləşdirilməsi sxemini anlamağa yardımçı olacaq əsl nümayiş olacaq. Peyklərin işlək variantlarını biz ilin sonunda Yer kürəsinin orbitinə göndərəcəyik” - deyə Gwynne Shotwell bildirib. ABŞ-ın əlaqələr üzrə federal komissiyasına (FCC) göndərilmiş sorğuya əsasən Starlink layihəsi çərçivəsində Yer kürəsinin orbitində 12.000 ədəd peyk yerləşdiriləcək. Lakin kommersiya xidmətlərinin göstərilməsi üçün Yer kürəsinin orbitinə 800 ədəd peykin göndərilməsi də kifayət edir. Bu isə ya 2020-ci ya da 2021-ci ildə baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər