SpaceX şirkəti Starlink peyklərinin ikinci partiyasını uğurla Yer kürəsinin orbitinə göndərdi (VİDEO)

SpaceX şirkəti Starlink peyklərinin ikinci partiyasını uğurla Yer kürəsinin orbitinə göndərdi (VİDEO)

Texnologiya
12.11.2019 PAYLAŞIM

    Dünən SpaceX şirkəti özünün Starlink layihəsi çərçivəsində internet peyklərindən ibarət ikinci partiyanı Falcon 9 raketi vasitəsilə uğurlu şəkildə Yer kürəsinin orbitinə göndərdi. Göndərilmiş yeni internet peykləri həm Ku həm də Ka diapazonunda olan şəbəkəni təmin edir. Bu isə internetin əhatə dairəsini genişləndirir. Bundan əlavə olaraq peyklər elə komponentlərdən ibarətdirlər ki, onlar sıradan çıxandan sonra atmosferdə yanacaqlar. Bu barədə Vc.ru saytı xəbər verib. Bu dəfəki uçuş missiyasında istifadə edilmiş faydalı yükün kütləsi rekord göstəricidə (15.6 ton) olub.

    Qeyd etmək lazımdır ki, Falcon 9 raketi Yer kürəsinin aşağı orbitinə 22.8 ton, geokeçid orbitinə isə 8.3 ton yük daşıya bilir. Baş tutmuş yeni uçuş missiyasında şirkət ilk dəfə olaraq Falcon 9-un daha öncə 3 dəfə uçuş missiyasında iştirak etmiş birinci raket pilləsindən istifadə edib. Yəni şirkət eyni raket pilləsini dördüncü dəfə istifadə edib. Nəticədə Falcon 9-un dördüncü dəfə istifadə edilmiş birinci pilləsi uğurlu şəkildə eniş platformasına enib. Bundan əlavə olaraq şirkət həmçinin raketin üst pilləsini də təkrar olaraq istifadə edib. Daha öncə həmin üst pillə bir dəfə kosmosa göndərilmişdi.


    Raketin üst pilləsi atmosferdə uçuş mərhələsi zamanı faydalı yükü qoruyur. Daha sonra isə həmin hissə tamamilə ayrılır. Qeyd etmək lazımdır ki, Starlink layihəsi çərçivəsində 60 peykdən ibarət ilk partiyanı şirkət hələ bu ilin may ayında Yer kürəsinin orbitinə göndərmişdi. Layihənin əsas məqsədi isə uzaq regionlar da daxil olmaqla Yer kürəsi üzrə hamıya yüksək sürətli internet şəbəkəsini təqdim etməkdir. Şirkət artıq 12000 peykin Yer kürəsinin orbitində yerləşdirilmə icazəsini alıb və əlavə olaraq 30000 peykin yerləşdirilməsi üçün də icazə sorğusu göndərib. Şirkət öz intenert xidmətini ilk müştərilərə atıq gələn ilin ortasında verməyi planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..


Apple şirkəti yüksək performanslı yeni M1 Pro və M1 Max prosessorlarını təqdim e..

Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkət..


Yeni Apple M1 prosessorlarına sahib MacBook Pro (2021) noutbukları təqdim olunub..

Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki ve..


Yeni naqilsiz Apple AirPods 3 qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Apple şirkəti öz təqdimat tədbiri çərçivəsində ilk yeni məhsulu olan naqilsiz AirPods 3 qulaqlıqları..

×