main-post-cover

    SpaceX şirkəti Starship kosmik gəmisini təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    30.09.2019
    Emil Nəcəfov
        SpaceX şirkətinin prototip kosmik gəmisi olan Starhopper-in çoxlu sayda keçirilmiş testlərindən sonra şirkət Starhp Mk1 kosmik gəmisinin ilk təqdimatnı keçirtdi. Öz çıxışı çərçivəsində SpaceX şirkətinin CEO-u olan Elon Musk yeni kosmik gəminin ilk uçuş tarixi və kosmosun mənimsənilməsi üzrə gələcək planlarından danışdı. Bu barədə Engadget saytı xəbər verib. 50 metr hündürlüyə sahib gövdə ilə təchiz olunmuş bu kosmik gəmi 20 km hündürlükdə test uçuşu üçün nəzərdə tutulub.
        İlkin testlərin sona çatdırılmasından sonra isə şirkət Starship Mk2-nin testinə keçid edəcək. Daha sonra olacaq Mk3 Mk4 modelləri isə Raptor mühərriklərinin xüsusi versiyalarını əldə edəcəklər. Həmin versiyalar kosmosda çalışmaq üçün nəzərdə tutulacaq. Musk-ın sözlərinə əsasən Starship Mk3 və Mk5 modelləri yaxın 6 ay ərzində Yer kürəsinin orbitinə yollanacaqlar. Şirkət həmçinin Raptor mühərriklərinin istehsal miqyasını böyütməklə onların istifadəyə verilmə müddətini 8 gündən 1 günə endirmək istəyir.
        Bütün bunlardan əlavə olaraq Elon Musk çoxlu sayda istifadə üçün nəzərdə tutulmuş bu kosmik gəminin konstruksiyası barəsində də məlumat verib. Onun verdiyi məlumata əsasən kosmik gəminin gövdəsinin hazırlanmasında paslanmaz poladdan və keramikadan istifadə olunacaq. Onun sözlərinə əsasən bu material kosmik sahədə hal hazırda olan bütün analoqlardan 50 dəfə daha ucuzdur və onun istifadəsi bu materialın temperatur dəyişikliklərinə dözümlü olmasını sərgiləyir.
        Kosmik gəminin gövdəsi həmçinin üzgəcə bənzər bir sıra hissələrdən ibarətdir. Onlardan bəziləri isə hərəkət etmə konstruksiyasını əldə ediblər. Bu isə öz növbəsində kosmik gəminin atmosferdəki uçuşunu idarə etməyə imkan verəcək. Qeyd etmək lazımdır ki, Starship kosmik gəmisi planetlərarası uçuşlar üçün nəzərdə tutulub və perspektivdə Mars planetinə ilk idarəolunan uçuş missiyasını reallaşdıracaq. Qeyd etmək lazımdır ki, şirkətin ilk Ay ətrafı ilk turistik uçuşu 2023-cü ildə keçiriləcək.
    Linki kopyala