main-post-cover

    SpaceX Starship enişi üçün nəzərdə tutulmuş 140 metrlik Mechazilla adlı qülləsini sərgiləyib (VİDEO)

    Elm & Texnologiya
    11.01.2022
    Farid Pardashunas
        SpaceX şirkəti 140 metr hündürlüyə sahib Mechazilla adlı qülləsini sərgiləyib. Orijinal konstruksiyaya sahib sözügedən qüllə Starship Super Heavy-nin ilk pilləsinin havada qəbul edilməsi üçün nəzərdə tutulub. İlk pillənin Yer kürəsinin orbitindən qayıtması zamanı bu qüllə vasitəsilə onun rahat eniş prosesini reallaşdırmaq mümkün olacaq. SpaceX mühəndisləri Mechazilla qülləsinin konstruksiyasını elə tərzdə fikirləşiblər ki, eniş zamanı raket öz sürətini aşağı salmaqla qüllənin xüsusi qurğusuna birləşə bilsin.
        Gözləntilərə əsasən bu öz növbəsində eniş zamanı raketin Raptor mühərriklərinin zədələnmələrinin qarşısını alacaq. Qüllənin iş prinsipini təqdim edilmiş animasiya videosundan izləmək olar. Bundan əlavə olaraq SpaceX mütəxəssislərinin fikirlərinə əsasən su üzərində eniş platformasından fərqli olaraq bu cür qüllə raketlərin kosmosa göndərilmə üzrə zaman intervalını aşağı salmağa imkan verəcək. SpaceX-in Mechazilla qülləsi şirkətin Texas ştatındakı Starbase adlı kosmodromunda yerləşir. Onun ilk testlərinin nə zaman aparılacağı barəsində bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər