
SpaceX Starship-in növbəti prototipinə çoxlu sayda dəyişiklik əlavə edib
Elm & Texnologiya
25.06.2023
Emil
SpaceX şirkəti Starship-in növbəti prototipinin ilk orbital uçuş testinə hazırlaşır. Elon Musk-ın vermiş olduğu yeni məlumata əsasən ilk orbital uçuşa hazırlaşan növbəti Starship prototipinin bunu reallaşdırmaq şansı daha çoxdur. Belə ki, SpaceX mühəndisləri prototipin sistemində ciddi dəyişikliklər ediblər. Musk-ın sözlərinə əsasən mühəndislər Starship-in aprel ayında baş tutmuş uğursuz orbital uçuş testindən sonra onun konstruksiyasında 1000-dən çox dəyişiklik ediblər. “Buna görə mən düşünürəm ki, növbəti uçuşun uğurlu keçmə və Starship–in orbitə çatma ehtimalı daha yüksəkdir” - deyə Musk qeyd edib. Musk hazırlanan prototipin ilk orbital uçuşunun uğurlu olma ehtimalını 60% qiymətləndirib. Bununla yanaşı Musk bildirib ki, uçuş üçün lazım olan texniki dəyişikliklər təqribi olaraq 6 həftədən sonra yekunlaşdırılacaq.
Paylaş
Bənzər xəbərlər