SpaceX ümumilikdə 300-cü uçuş missiyasını reallaşdırıb
Elm & Texnologiya
16.01.2024
Emil Nəcəfov
14 yanvar tarixində SpaceX şirkətinin Falcon 9 raketi Yer kürəsinin orbitinə 23 ədəd Starlink peykini çatdırdı. Reallaşdırılmış bu kosmik uçuş missiyası SpaceX şirkətinin 300-cü uğurlu uçuş missiyası oldu. “Falcon 9 raketi 23 ədəd Starlink peykini Yer kürəsinin orbitinə çatdırdı. Bu bizim 300-cü uğurlu uçuş missiyamızdır” - deyə şirkət X-dəki (keçmiş Twitter) hesabında qeyd edib. 14 dekabr tarixində reallaşdırılmış sözügedən uçuş missiyası çərçivəsində Falcon 9 raketinin birinci pilləsi uçuş startından 8 dəqiqə sonra uğurlu şəkildə geri qayıdıb. Qeyd etmək lazımdır ki, SpaceX keçən il ümumilikdə 96 uçuş missiyasını həyata keçirtmişdi. Gözləntilərə əsasən şirkət bu ilin sonuna kimi ümumi uçuş missiyalarının sayını 400-ə çatdıracaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
SpaceX bu il rekord sayda kosmik uçuş missiyası reallaşdırıb
SpaceX bu il rekord sayda kosmik uçuş missiyası reallaşdırıb
Dünən SpaceX şirkəti bu ilin son kosmik uçuş missiyasını reallaşdırdı.
SpaceX Starship-in növbəti uçuşuna hazırlaşır
SpaceX Starship-in növbəti uçuşuna hazırlaşır
Starship-in ikinci uçuş cəhdinin keçirilməsindən bir ay keçməsinə baxmayaraq SpaceX şirkəti artıq növbəti uçuş cəhdinə hazırlaşır.
SpaceX şirkətinin bazar dəyəri 180 milyard dollara yüksəlib
SpaceX şirkətinin bazar dəyəri 180 milyard dollara yüksəlib
Bloomberg saytının verdiyi məlumata əsasən SpaceX şirkətinin 1 həftə ərzində bazar dəyəri 5 milyard dollar yüksəlib.
SpaceX-in bazar dəyəri 175 milyard dollara yüksələ bilər
SpaceX-in bazar dəyəri 175 milyard dollara yüksələ bilər
SpaceX şirkəti özəl şirkət olduğundan o öz səhmlərini açıq fond birjasında satmır.
SpaceX Starlink-i smartfonlarda test etmək imkanını əldə edib
SpaceX Starlink-i smartfonlarda test etmək imkanını əldə edib
SpaceX şirkəti Starlink peyk interneti şəbəkəsinə smartfonları qoşmaq imkanını əldə edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!