Logo
    main-post-cover

    "Spamların kralı"-nı həbs cəzası gözləyir

    Facebook-da 27 milyondan çox istifadəçiyə ismarıc göndərmiş hackeri 2.5 illik həbs ilə cəzalandırıblar. Özünü "spamların kralı” adlandırmış Sanford Wallace həmçinin 310.000 dollar cərimə ödəməlidir. Məhkəmə qeyd edib ki, 2008-ci ilin noyabr ayından 2009-cu ilin mart ayına kimi Wallace Facebook istifadəçilərinə müxtəlif saytların linklərini göndərirdi. Həmin saytlar isə öz növbəsində istifadəçilərin məlumatlarını və dostlarının siyahılarını əldə edirdilər. Kifayət qədər istifadəçi bazası yığandan sonra hacker həmin istifadəçilərə spam göndərərək digər saytlara yönləndirirdi. Beləliklə o trafikin avtomatik yönləndirməsinə görə pul qazanırdı. "Spamların kralı”-na 2.5 il həbs cəzası verilməsinə baxmayaraq prokurorluq cəza müddətinin 36 ay olmasını tələb edib. "36 aylıq həbs cəzası cinayətkara onun əməllərinin bütün ciddiliyini anlamaq üçün kömək edərək gələcəkdə onu bu cür əməllərdən uzaq tutacaq” – deyə prokurorluq bildirib. Öz hackerlik karyerasını Wallace hələ 1991-ci ildə reklam fakslarının göndərilməsi ilə başlayıb. 2007-ci ildə MySpace, 2009-cu ildə isə Facebook hackeri məhkəməyə veriblər. Şirkətlər ondan milyard dollar dəyərində vəsait tələb etmişdilər. Lakin Wallace həmin məbləği ödəyə bilməmişdir. 
    Paylaş
    Bənzər xəbərlər