main-post-cover

    Spinnerlərin rəqibi Orbiter gəlir (VİDEO)

    Elm & Texnologiya
    24.07.2017
    Farid Pardashunas

    Spinnerlər bütün dünyanı ələ keçirtdilər.

    Lakin görünür onların yaxın zamanda yeni rəqibi peyda olacaq. Söhbət, maqnit vasitəsilə fırlanan kiçik kürəciyə sahib Orbiter adlı cihazdan gedir. Orbiter, özündə kiçik fırlanan kürəciyi birləşdirən üzüyə bənzəyir. O bir növ spinneri xatırladır. Lakin spinnerdən fərqli olaraq o, mərkəzdə olan diyircəyin sayəsində, kiçik kürəcik isə maqnit sayəsində fırlanır. Bundan əlavə olaraq Orbiter-i, spinnerdən fərqləndirən daha bir özəllik isə onun müxtəlif tərzdə fırlanmasıdır. Bununla yanaşı həmin kürəciyi, cihazın mərkəzinə yerləşdirib fırlatmaq da olar. Spinnerləri müxtəlif qiymət göstəricilərinə görə tapmaq olar. Orbiter-in standart qiyməti isə 45$ təşkil edir. Bu cür yüksək qiymət göstəricisinə baxmayaraq bu layihə, IndieGoGo-da platformasında 10.000$ vəsait yığmağı bacardı. Əslində isə cihazın yaradıcıları insanlardan 4000$vəsait istəyirdilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər