main-post-cover

    Spotify ilə Facebook ortaq oldu!

    Elm & Texnologiya
    22.06.2017
    Orxan Jafarli
    “Spotify”ın bu gün təqdim etdiyi yeni xüsusiyyəti birbaşa olaraq Facebook Messenger üzərində istifadə üçün hazırlandı.

    Spotify tərəfindən edilən açıqlamaya görə artıq Facebook Messenger üzərində Spotify qrup musiqi siyahıları yaradıla bilinəcək. Bu musiqi siyahıları da istifadəçilər silmədiyi müddətcə istifadə edilə bilinəcək.
    Messenger-da ​​ musiqi siyahısı dövrü başlayır!
    Yeni xüsusiyyətin iş prinsipi də olduqca sadədir. Facebook Messenger ilə bir qrup söhbəti başlattığınızda, üst qisimdə olan "+" işarəsinə basaraq Spotify-ı seçin  və "Yeni musiqi siyahısı yarat" variantına toxunmaq kifayətdir.

    Bu andan etibarən siz və o qrup söhbətləri içərisində olan dostlarınız bu siyahıdan istifadə edə biləcək və siyahının alt qisimində olan "Mahnı yüklə" simvoluna basaraq istədikləri mahnıları siyahıya əlavə edə biləcəklər.
    İşin daha da maraqlı hissəsi isə dostlarınızın Spotify-a üzv olmasına da ehtiyac yoxdur. Yəni siyahını siz meydana gətirdikdən sonra dostlarınızın Spotify üzərində var olan  istədikləri musiqiləri əlavə edə biləcəklər. Hətta Spotify üzvü deyilkən belə bir musiqi siyahısı yaradıla bilməsi mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər