Logo
    Spotify öz ilk IPO-nu keçirdərək 29.5 milyard dollar dəyərində qiymətləndirildi

    Spotify öz ilk IPO-nu keçirdərək 29.5 milyard dollar dəyərində qiymətləndirildi

      3 Aprel tarixində məşhur musiqi servisi olan Spotify Nyu York Fond Birjasına (NYSE) öz səhmlərini yerləşdirdi. Hərracların açılışında şirkətin dəyərli kağızlarının qiyməti məsləhət görülən qiymətdən fərqli olaraq 26% artaraq bir kağız üzrə 165.90$ qiymətində təşkil edib. Spotify 29.5 milyard dollar dəyərində qiymətləndirilib. Bir çox digər şirkətlərdən fərqli olaraq Spotify səhmlərin ictimai şəkildə yerləşdirilməsi yerinə birbaşa listinq keçirdib.
      Bu halda dəyərli kağızlar investorların iştirakı ilə ön hərraclar keçirilmədən azad satışa çıxarılır. Qiymət isə tələb-təklif əsasında formalaşır. Şirkət bu cür vəziyyəti Spotify servisinin yeni maliyyələşdirilməyə ehtiyacı olmadığı ilə əlaqələndirib. “Spotify investisiya cəlb etmir. Bizim səhmdarlarımız və əməkdaşlarımız uzun illər ərzində azad şəkildə səhmləri alıb sata bilərdilər. Spotify Nyu York Fond Birjasında ilk və ən böyük şirkətdir ki, birbaşa listinq keçirtməyi qərara alıb” – deyə şirkət bildirib.
      Qeyd etmək lazımdır ki, Spotify servisi 2006-cı ildə istifadəyə verilmişdi. Hal-hazırda servisin aylıq kütləsi 159 milyon insandır. Onlardan 71 milyonu isə aylıq abunəlik haqqı ödəyir. Müqayisə üçün qeyd etmək lazımdır ki, servsiin ən yaxın rəqibi olan Apple Music-in yalnız 38 milyon istifadəçi kütləsi aylıq abunəlik haqqı ödəyir. 12 illik mövcudluğu ərzində Spotify gəlirli şirkət ola bilməyib. 2017-ci ildə o, 1.4 milyard dollar zərər etmiş və demək olarki 5 milyard dollar gəlir əldə etmişdi. Şirkətin əməliyyatlar üzrə zərəri isə 461 milyon dollar təşkil etmişdi. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Spotify öz ilk IPO-nu keçirdərək 29.5 milyard dollar dəyərində qiymətləndirildi