main-post-cover

    Starbucks-ın internet provayderi müştərinin noutbooku vasitəsilə gizli şəkildə kriptovalyuta miningi ilə məşğul olub

    Elm & Texnologiya
    13.12.2017
    Farid Pardashunas
    Buenos-Ayres şəhərində yerləşən Starbucks-ın daimi müştərilərindən biri aşkar edib ki, qəhvədən başqa o həmçinin bu kafedən passiv mining üçün zərərli kod da əldə edib.
    Məlum olub ki, yerli internet provayder Starbucks-ın Wi-Fi şəbəkəsinə qoşulmuş müştəri noutbookları sayəsində kriptovalyuta miningi ilə məşğul olurmuş. Nəticədə həmin müştəri öz noutbookunun Wi-Fi şəbəkəsinə qoşulmada 10 saniyəlik gecikmə barəsində Twitter hesabında məlumat verib. Bundan əlavə olaraq o öz noutbookunda Monero adlı kriptovalyutanı mining edən CoinHave adlı kodu da aşkar edib.
    Bir neçə müddətdən sonra Starbucks həmin ismarışa reaksiya verib və yerli internet provayderinin səbəb olduğu bu problemi aradan qaldırdığını bildirib. Məlum olub ki, bu problemin səbəbkarı Starbucks deyil, məhz internet provayder olub. Bu vəziyyət onu göstərir ki, kafe kimi ictimai yerlərdə Wi-Fi şəbəkəsindən istifadə etmək, digər şəxslər tərəfindən gizli mining prosesinin aparılmasına gətirib çıxara bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər