main-post-cover

    Starlink internet şəbəkəsinə qoşulmuş istifadəçilərin sayı məlum olub

    Elm & Texnologiya
    08.02.2021
    Farid Pardashunas
        Elon Musk-ın Starlink adlı peyk interneti layihəsi aktiv şəkildə inkişaf etməyə davam edir. Keçən ilin sonundan başlayaraq Starlink ABŞ, Kanada və Bğyük Britaniya vətəndaşlarının iştirakı ilə açıq beta test mərhələsindədir. İndi isə Starlink internet şəbəkəsinə qoşulmuş istifadəçilərin sayı məlum olub. Beləliklə SpaceX şirkətinin verdiyi hesabata əsasən Starlink peyk internetinin ümumi istifadəçi kütləsi 10.000 insanı keçib. Hesabatda həmçinin qeyd edilib ki, hal hazırda Yer kürəsinin orbitində 1000-dən çox peyk mövcuddur və şirkət qlobal peyk şəbəkəsinin yaradılması üçün orbitdə on minlərlə peykdən ibarət sistemin yerləşdirilməsi niyyətindədir.
        İstifadəçilər bildiriblər ki, hal hazırda Starlink vasitəsilə məlumat ötürülməsi sürəti saniyədə 200 Mbit təşkil edir. Pis hava şəraitində isə sürət saniyədə 50 Mbit-ə düşür. Qeyd etmək lazımdır ki, Starlink şəbəkəsinə qoşulmaq üçün 500$ dəyərində olan xüsusi təchizatı almaq lazımdır. Sözügedən internet şəbəkəsindən aylıq istifadə haqqı isə 99$ təşkil edir. Gözləntilərə əsasən hal hazırki temp ilə 2025-ci ilə kimi Starlink-in istifadəçi kütləsi bir neçə milyon insan təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər