main-post-cover

    Starlink internetindən istifadə üçün xüsusi terminalların prototiplərinin fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    22.06.2020
    Farid Pardashunas
        ABŞ-ın Viskonsin ştatının Merrillan adlı kəndində SpaceX şirkətinin Starlink internet layihəsi üçün qoşulma imkanını verən istifadəçi terminallarının prototipləri aşkar edilib. Bu barədə Gagadget saytı xəbər verib. Sözügedən təchizat Starlink peyk internetinə qoşulmaq üçün lazımdır. Qeyd etmək lazımdır ki, SpaceX şirkətinin Starlink layihəsi Yer kürəsinin bütün insanlarını genişzolaqlı internet şəbəkəsi ilə təmin etmək niyyətindədir.
        Faktiki olaraq bu layihə hətta infrastrukturun olmadığı uzaq regionlarda yaşayan insanları da internetdə şəbəkəsi ilə təmin etməlidir. Bunun üçün Yer kürəsinin orbitinə xüsusi perklər yerləşdirmək lazımdır. Şirkət artıq 540 ədəd peyki Yer kürəsinin orbitində yerləşdirib. Lakin planlaşdırılan peyk sayı 12.000-dir. Görünür, Starlink şəbəkəsi işə salınandan sonra istifadəçilər bu cür terminalları ya almalı ya da icarəyə götürməli olacaqlar. Bu terminalı yaşayış yerinin xaricində quraşdırmaq və onu göyə tərəf yönləndirmək lazımdır.
        Sistemi ayarlamaq lazım gəlməyəcək. Belə ki, o, avtomatik şəkildə lazımi baxış bucağını təyin edərək siqnalı qəbul edəcək. Təqdim edilmiş fotolarda şar formasında olan yerüstü stansiyalar və boşqab formasında olan istifadəçi terminalları əks olunublar. Qeyd etmək lazımdır ki, bunlar hələ prototip modellərdir. Məlumata əsasən SpaceX şirkəti artıq bu il ABŞ və Kanadada Starlink internet şəbəkəsini istifadəyə verməyi planlaşdırır. 2021-ci ildən başlayaraq isə şirkət bu şəbəkəni bütün dünya üzrə istifadəyə verməyə başlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər