Starlink peyk interneti istifadəçilər üçün ləng və bahalı olub

Starlink peyk interneti istifadəçilər üçün ləng və bahalı olub

Texnologiya
08.11.2022 PAYLAŞIM

    SpaceX şirkəti Starlink istifadəçilərini peyk internet şəbəkəsində olmuş dəyişikliklər barəsində məlumatlandırıb. Belə ki, şirkət gələn aydan başlayaraq limitsiz internet trafiki ləğv edəcək. Bununla belə aylıq ödəniş haqqında dəyişiklik olmayacaq. Starlink-in bəzi müştəriləri artıq bu dəyişikliyə narazılıqlarını bildiriblər və qeyd ediblər ki, şirkətin söz verdiyi internet sürəti ilə real göstəricilər üst-üstə düşmürlər. Starlink-dən istifadə üzrə yeni şərtlərə əsasən SpaceX prioritet tarifi istifadəçiləri üçün aylıq 1 TB həcmində trafik təyin edib. Bu limitin keçilməsi halında hər 1 GB trafik istifadəçiyə 0.25$ qiymətinə başa gələcək.

    Standart tarif bu cür məhdudiyyətə sahib deyil. Lakin onun sürəti daha aşağıdır. SpaceX-in statistikasına əsasən Starlink istifadəçilərinin yalnız 10%-i ayda 1 TB-dan artıq trafik istifadə edir. Buna baxmayaraq 599$ qiymətinə satılan Starlink təchizatını ön sifariş etmiş istifadəçilər bu yeni dəyişikliklərdən narazı qalıblar. Onların narazılıqları həmçinin o qədər də yüksək olmayan internet sürəti ilə bağlıdır. Belə ki, şirkət prioritet tarifində saniyədə 50-200 Mbit internet sürəti söz vermişdi. Reallıqda isə sözügedən tarifdə internet sürəti saniyədə 20-100 Mbit təşkil edir. Bununla belə bu tarifin aylıq abunə haqqı 110$-dır.




DAHA ÇOX


Redmi Buds 5 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 13 smartfonları ilə yanaşı həmçinin Redmi Buds 5 adlı yeni naqilsiz qulaqlığ..


Almaniya Huawei və ZTE-nin 5G təchizatlarından istifadəni dayandırmağı planlaşdı..

Almaniyanın Daxili İşlər Nazirliyi ölkənin mobil 5G şəbəkələrində Huawei və ZTE şirkətlərinin istehs..


Çin ABŞ-ı Huawei texnologiyalarının oğurlanmasında günahlandırıb

Çinin Dövlət Təhlükəsizlik Nazirliyi ölkədə məşhur olan WeChat platforması üzərindən bildirib ki, Hu..


Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Apple A17 Pro-dan daha performanslı ola..

Qualcomm şirkəti gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Samsung Galaxy Buds FE naqilsiz qulaqlığının yeni fotoları və məlumatları təqdim..

Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Buds FE adlı yeni naqilsiz qulaqlıq üzərində çalışır...


Huawei təkmilləşdirilmiş Face ID texnologiyasını patentləşdirib

Huawei şirkətinin yeni patenti mobil cihazlarda istifadəçi üzünün skanı üçün nəzərdə tutulmuş təkmil..

×