main-post-cover

    Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

    Elm & Texnologiya
    18.05.2021
    Emil Nəcəfov
        Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticələrini təqdim edib. Təqdim olunmuş yeni nəticələr diqqəti cəlb edirlər. Belə ki, Starlink-in sürəti aprel ayındakı göstəricilər ilə müqayisədə 2 dəfə artıb. Beləliklə Starlink-in sürət göstəriciləri Yer səthindəki provayderlərin sürət göstəriciləri ilə eyni səviyyəyə çatıb. Təqdim olunmuş yeni nəticəyə əsasən peyk internetinin download sürəti saniyədə 560 Mbit təşkil edib. Lakin upload sürəti 13 millisaniyə ping ilə saniyədə 38.78 Mbit təşkil edərək aşağı nəticə sərgiləyib.
        Keşin təmizlənməsindən sonra Speedtest yenidən işə salınıb və bu dəfə saniyədə 529.31 Mbit download və saniyədə 38.8 Mbit upload sürət nəticələri əldə olunub. İkinci test çərçivəsində ping 10 millisaniyə təşkil edib. Qeyd etmək lazımdır ki, peyk internetinin çalışma keyfiyyəti bir neçə faktordan asılıdır. Nəzərə alsaq ki, Starlink-in hər bir orbital peyki məhdudlaşdırılmış keçiricilik gücünə sahibdir, eyni zonada olan istifadəçilərin say artımı da internetin sürətinə təsir göstərir. Bundan əlavə olaraq test zamanı peyklərin Yer kürəsinin orbitində yerləşdikləri yerləri və internetdə kənar serverlərlə bağlantı yaradan yerüstü şəbəkələrin vəziyyətlərini də nəzərə almaq lazımdır. 
    Linki kopyala