Starlink peyk internetinin vəd etdiyi internet sürəti ölçüldü: Nə qədər yüksəkdir?

Starlink peyk internetinin vəd etdiyi internet sürəti ölçüldü: Nə qədər yüksəkdir?

Texnologiya
16.08.2020 PAYLAŞIM

        12 000 peykdən ibarət olan nəhəng Starlink peyk interneti proyekti artıq bəzi ölkələrdə istifadəyə verilib. Bəs Starlik proyekti insanlara nə qədər yüksək sürət vəd edir? Elon Musk-ın dediyi kimi Qiqabit sürət limitinə çatmaq mümkündürmü? Bu sualların cavabını SpeedTest platformunun sahibi olan Ookla şirkəti tərəfindən aparılan sürət ölçmə testləri verdi. 

12 000 peykdən 597-sini atmosferə göndərən Starlink proyekti istifadəçilərə orta səviyyədə fiber-optik internet sürətini verə bilir.       

        Reddit platformunun bəzi istifadəçiləri Ookla şirkətinə məxsus saytda Starlink peykləri vasitəsilə edilən sürət ölçmə testlərinə rast gəldilər. Nəticələrə görə Starlink-in verdiyi sürət 30 mbps ilə 60 mbps arasında dəyişir. Upload sürəti isə 5 mbps ilə 18 mbps arasında dəyişir. Bu rəqəmlər hər nə qədər bizə yüksək görünsə də əslində dünya səviyyəsində orta səviyyəli fiber-optik internetə bərabərdir. Yəni Starlink fiber-optik internetdən daha yüksək sürətləri hələki verə bilmir.


        Bu nəticələr ortaya çıxdıqdan sonra bir çox istifadəci Starlink-in vəd etdiyi 1000 mbps internet sürətinə şüphə ilə baxmağa başladılar. Lakin qeyd edək ki, bu proyekt hələki yenidir və bizim gördüyümüz bu testlər ilk mərhələnin nəticəsidir. 12 000 peykin hamsı atmosferə buraxıldıqdan sonra istifadəçilərə veriləcək olan internet sürəti indikindən qat-qat daha yüksək olacaqdır. İnsanları narahat edən bir digər məsələ isə peyk kirliliyidir. Atmosferdə 12000 ədəd peykin olması fikri bir çox insan tərəfindən neqativ qarşılanır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..


SpaceX-in Crew Dragon kosmik aparatı avtopilot sistemindən uğurla istifadə edib ..

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modu..


Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildir..


Mühəndislər 5G vasitəsilə havadan elektrik enerjisi yığan xüsusi cihaz hazırlayı..

Corciya Texnologiya İnstitutunun mühəndisləri 5G şəbəkəsinin əsasında naqilsiz şarj texnologiyasını ..

×