main-post-cover

    Starship-in dördüncü kosmik uçuş cəhdi iyun ayının əvvəlində baş tuta bilər

    Elm & Texnologiya
    27.05.2024
    Emil Nəcəfov
         Bir neçə müddət bundan öncə məlum oldu ki, SpaceX şirkəti artıq Starship kosmik gəmisinin dördüncü uçuş cəhdinə hazırlaşır. Belə ki, dördüncü uçuş missiyasında iştirak edəcək Starship prototipinin mühərriklərinin testləri aparılıb. İndi isə SpaceX şirkəti dördüncü uçuş cəhdinin təqribi olaraq hansı tarixdə reallaşdırılacağını açıqlayıb. Beləliklə şirkətin vermiş olduğu məlumata əsasən Starship-in növbəti dəfə kosmosa 5 iyun tarixində göndərilməsi planlaşdırılır.
         Lakin qeyd etmək lazımdır ki, şirkət dördüncü uçuş cəhdi üçün müvafiq dövlət orqanlarından hələ icazə almayıb. Starship-in daha öncəki uçuş cəhdi mart ayında baş tutdu. Mart ayında baş tutmuş uçuş cəhdi nisbətən uğurlu hesab edilir. Belə ki, kosmik gəmi qısa müddət ərzində kosmosda oldu və daha sonra Hind okeanına eniş edən zaman onunla əlaqə kəsildi. Qeyd etmək lazımdır ki, Starship-in 2023-cü ildə baş tutmuş iki uçuş cəhdinin hər biri uçuş zamanı partlayış ilə yekunlaşmışdı. Qeyd etmək lazımdır ki, Starship sistemi eyniadlı kosmik gəmidən və Super Heavy raketindən təşkil edilib.
         Bu ümumi sistemin hündürlüyü 120 metr təşkil edir. Starship-in gələcəkdə Ay Mars uçuşları üçün nəzərdə tutulmuş missiyalarda iştirak edəcəyi planlaşdırılır. Onun ilk növbədə NASA-nın “Artemis III” adlı Ay missiyasında istifadə ediləcəyi nəzərdə tutulub. Starship-in dördüncü uçuş cəhdinə gəldikdə isə o, Texas ştatındakı kosmodromdan start götürəcək. Baş tutacaq dördüncü uçuş cəhdi çərçivəsində SpaceX öz əsas diqqətini kosmik gəmi ilə sürətləndirici raketin birinci pilləsinin Yer kürəsinə geri qaytarılmasına ayıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Starship-in dördüncü test uçuşu yaxın 3-5 həftə baş tuta bilər
    starship-in-dorduncu-test-ucusu-yaxin-3-5-hefte-bas-tuta-biler
    SpaceX açıq kosmosa çıxış üçün nəzərdə tutulmuş yeni skafandrını təqdim edib (VİDEO)
    spacex-aciq-kosmosa-cixis-ucun-nezerde-tutulmus-yeni-skafandrini-teqdim-edib-video
    SpaceX şirkəti kosmik turizm biznesini işə salmağa hazırlaşır
    spacex-sirketi-kosmik-turizm-biznesini-ise-salmaga-hazirlasir
    SpaceX-in Falcon 9 raketinin birinci pilləsi 300-cü uğurlu enişini reallaşdırıb
    spacex-in-falcon-9-raketinin-birinci-pillesi-300-cu-ugurlu-enisini-reallasdirib
    Starship dördüncü orbital uçuşa hazırlaşır
    starship-dorduncu-orbital-ucusa-hazirlasir